Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

DÇ-də iştirak edəcək güləşçilərimiz məlum oldu

8-14 sentyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə Dünya çempionatı keçiriləcək. Çempionatda hər üç güləş növü üzrə yığma komandamız iştirak edəcək.

Güləş Federasiyasından Simsar.az-a verilən məlumata görə, Olimpiya Güləş Mərkəzində Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, FİLA İcraiyyə Komitəsinin üzvü Namiq Əliyevin iştirakı ilə çempionatda iştirak edəcək komandaların heyəti açıqlanıb.

Sərbəst güləşçilərin heyətində Əhmədnəbi Qvarzatilov (57 kq), Hacı Əliyev (61 kq), Məhəmməd Müslümov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Əşrəf Əliyev (74 kq), Həmzət Osmanov (86 kq), Xetaq Qazyumov (97 kq) və Aslan Dzebişov (125 kq) yer alıb. Yığma komanda çempionatda baş məşqçi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında iştirak edəcək.

Baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında qadın güləşi yığmamızı Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Raqnetta Qurbanzadə (63 kq) və Nadya Sementsova (69 kq) təmsil edəcək.

Yunan-Roma güləşçiləri baş məşqçi Cəmşid Xeyrabadi və məşqçi Eyyub Azmudənin rəhbərliyi altında çempionatda iştirak edəcək. Heyətdə Taleh Məmmədov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Emin Əhmədov (80 kq), Saman Təhmasibi (85 kq), Şalva Qadabadze (98 kq) və Sabah Şəriəti (130 kq) yer alıb.

Görüşlərin idarə edilməsində ölkəmizi Olimpiya dərəcəli hakim Hicran Şərifov və beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edəcək.


Simsar.az







3 Sentyabr, 2014  14:23 Baxılıb: 794 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner