Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Qruplara düşən 5 bəxtəvər

Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Simsar.az-ın məlumatına görə, baş tutan beş qarşılaşmadan sonra qrup mərhələsinin 5 iştirakçısı müəyyənləşib.

Günün ilk qarşılaşması Rusiyada keçirilib. Bakı vaxtı ilə saat 21:00-da "Zenit" Belçikanın "Standart" klubunu qəbul edib. Səfərdə rəqibinə 1:0 hesabı ilə qalib gələn Peterburq təmsilçisi bu görüşdə də rəqibini məğlub edərək qrup mərhələsinə yüksəlib.

Digər oyunlarda APOEL (Kipr) öz meydanında "Olborq"u (Danimarka) 4:0 hesabı ilə məğlub edərək qrupa vəsiqə qazanıb.  BATE (Belarus) "Slovan" (Slovakiya) klubunu qəbul edib və 3:0 hesablı qələb ilə adını qrup mərhələsinə yazdırıb.

"Maribor" (Sloveniya) səfərdə "Seltik"in (Şotlandiya), "Lill" (Fransa) isə "Porto" (Portuqaliya) klubunun qonağı olub. Bu cütlüklərdən “Maribor” və “Portu” növbəti marhələyə yüksəlib.

Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsinin son 5 iştirakçısı bu axşam keçiriləcək beş oyundan sonra müəyyənləşəcək.

 

26 avqust

 

Çempionlar Liqası, pley-off mərhələsinin cavab oyunları

 

21:00. "Zenit" (Rusiya) - "Standart" (Belçika) (İlk oyun - 1:0) - 3:0

Qollar: Rondon, 30 (1:0), Halk, 54-pen (2:0), 58 (3:0)

Qırmızı vərəqələr: Fayzulin, 44 ("Zenit"), Fati, 89 ("Standart")

 

23:45. APOEL (Kipr) - "Olborq" (Danimarka) (İlk oyun - 1:1) - 4:0

Qollar: Oliviera, 28 (1:0), Vinsent, 43 (2:0), Aloneftis, 64 (3:0), Şeridan, 75 (4:0)

 

23:45. BATE (Belarus) - "Slovan" (Slovakiya) (İlk oyun - 1:1) - 3:0

Qollar: Qordeyçuk, 41 (1:0), Krivets, 84 (2:0), Rodionov, 85 (3:0)

 

23:45. "Seltik" (Şotlandiya) - "Maribor" (Sloveniya) (İlk oyun - 1:1) - 0:1

Qol: Tavares, 75 (0:1)

 

23:45. "Portu" (Portuqaliya) - "Lill" (Fransa) (İlk oyun - 1:0) - 2:0

Qollar: Brahimi 49 (1:0), Martinez, 69 (2:0)

 

27 avqust

 

23:45. "Arsenal" (İngiltərə) - "Beşiktaş" (Türkiyə) (İlk oyun - 0:0)

23:45. "Atletik" (Bilbao, İspaniya) - "Napoli" (İtaliya) (İlk oyun - 1:1)

23:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Kopenhagen" (Danimarka) (İlk oyun - 3:2)

23:45. "Ludoqorets" (Bolqarıstan) - "Styaua" (Rumıniya) (İlk oyun - 0:1)

23:45. "Malmö" (İsveç) - "Zalsburq" (Avstriya) (İlk oyun - 1:2)






27 Avqust, 2014  10:02 Baxılıb: 927 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner