Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

Astranomları həyəcanlandıran kəşf

Dünyadan yalnız 7,3 işıq ili uzaqlıqda, su və buz yüklü buludlarla əhatələndiyi düşünülən nəhəng göy cismi müşahidə edilib. Suya aid verilən məlumatlar dəqiqləşərsə, ilk dəfə Günəş sisteminin xaricində Dünyadakına bənzəyən buludların varlığı sübut olunmuş olacaq.

Simsar.az xəbər verir ki, ABŞ-ın Pensilvaniya Əyalət Universitetinin astronomu Kevin Luhmanın araşdırmasına görə, su və buz örtüklü buludlar, Yupiter böyüklüyündəki ‘Wise J0855-0714’ adlı qəhvə rəngli cırtdanı əhatəyə alır. İlk dəfə 1995- ci ildə kəşf edilən qəhvə rəngli cırtdanlar, nə ulduz, nə də planet qateqoriyasına aid edilmir. Qaz buludlarının çökməsi nəticəsində əmələ gəlsələr də, göy cisimini ulduz edəcək nüvə reaksiyalarının başlanmayacağı qədər yüngül olduqları üçün 80 Yupiter kütləli sərhəddə çata bilmir və lazımi qədər isinmədən sönürlər.

NASA-nın  Wise İnfraqırmızı Kosmos Teleskopundan gələn məlumatları araşdıran Kevin Luhman, kəşf edilən qəhvə rəngli cırtdanın səthi istiliyinin, suyun donma nöqtəsindən bir az aşağı olduğunu, Dünyadan soyuq, Yupterdən isə isti olduğunu bildirib.

Araşdırmanın nəticəsilərini dəyərləndirən Kaliforniya universitetinin professoru Conatan Fortney isə “Cisim ağıl almaz dərəcədə maraqlıdır. Günəş sisteminin xaricində ilk dəfə su buludlarının olduğuna dair əlamətlər var” deyib. Qhvə rəngli cırtdandakı su varlığı 2018- ci ildə kosmosa göndəriləcək Ceyms Vebb Kosmos Teleskopu ilə aparılacaq müşahidələrdən sonra dəqiqləşəcəyi bildirilib.

Günel







26 Avqust, 2014  11:12 Baxılıb: 1043 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner