Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Nanjinq-2014: Leyla Qurbanova finalda

Yeniyetmələrin II Olimpiya Oyunlarında güləş yarışları keçirilir. İkinci yarış günündə yeniyetmə qızlar mübarizə aparır.

Güləş yarışları dairəvi sistem üzrə keçirilir. Güləşçilər hər çəki dərəcəsində 2 yarımqrupda mübarizə aparır. Yarımqrup birinciləri finalda, ikinciləri isə bürünc medal uğrunda yarışır.

Güləş Federasiyasından Simsar.az-a verilən məlumata görə, 52 kq çəki dərəcəsində təmsilçimiz Leyla Qurbanova Kanada, Ukrayna və Salvador güləşçiləri ilə eyni yarımqrupda mübarizə aparıb. Bütün rəqiblərini məğlub edən güləşçimiz finala vəsiqə qazanıb. Finalda güləşçimiz Yaponiya təmsilçisi ilə qarşılaşacaq.

 

1-ci dövrə - Tianna Kennet (CAN) - Leyla Qurbanova 0:10

2-ci dövrə - Olena Kremzer (UKR) - Leyla Qurbanova 1:2

3-cü dövrə - Aparicio Vasquez (ESA) - Leyla Qurbanova 0:6 (təmiz qələbə)

 

FİNAL - Leyla Qurbanova - Mayu Mukaida (JPN) (saat 14:45-də başlayacaq)

 

Yeniyetmələrin II Olimpiya Oyunlarının güləş yarışlarında ilk gün mübarizə aparan yunan-Roma güləşçilərimiz 1 qızıl və 1 gümüş medala sahib olub. İslambek Dadov (69 kq) qızıl, Cabbar Nəcəfov (50 kq) isə gümüş medal qazanıb.







26 Avqust, 2014  09:27 Baxılıb: 877 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner