Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Təriqətlərə inanamaq doğrudurmu?

İslam dinindəki bölücülük Azərbaycana necə gəlib...

İslam dini yarananda onun heç bir şaxəsi, xalq deyimi ilə desək qolları yox idi. Lakin zaman keçdikcə sünnülük, şiəlik, hənəfilik, hürufilik, sufilik, əhmədilik və bir çox başqa təriqət və məzhəblər yarandı. Və bu yalnız İslamda deyil digər dünyəvi dinlərdə də baş verdi. 
Simsar.az saytı mövzuyla əlaqəli ekspert rəyləri öyrənib.

“Yaranışdan Qiyamətədək Allah dininin adı İslamdır”.

Fəlsəfə elmləri doktoru, “ Mənəvi saflığa çağırış” İB - nin sədri Elşən Mustafaoğlunun təriqətlərin dinə müxtəlif prizmalardan yanaşmalardan yarandığını dedi. Bunu islamda plüralizm də demək olar. “İstənilən məzhəbdə Quranın interpretasiyası, dinlə bağlı tarixi faktlar danılmırsa, bu normaldır. Yox, əgər islam Quran kontestindən kənara çıxırsa, ilahi vəyhləri qəbul etmirsə, bu zaman təriqətlər qəbul olunmazdır. Şiyəlik, sünilik- malikilik, hənəfilik kimi Quranın kontekstindən çıxmayan təriqətlər 14 əsrə yaxındır ki mövcuddur. Məshəb problem deyil. Məshəbçi problemdir. Mənim məshəbim haqdır. Digərləri cəhənnəm əmridir deyənləi, məhz müsəlmanlara qarşı mübarizə aparan radikal vahabiləri müsəlman adlandırmaq olmaz. Çünki onlar qan tökürlər və buna dini don geyindirirlər. Bu isə islamdan xaric əməldir”. 
Ekspert bunun qarşısını almaq üçün ən effektiv yolun dini maarifləndirmə olduğunu bildirdi.

“İnsan psixikasını heç kəsə etibar etməməlidir”

“Əgər insanın qəlbində Allah sevgisi varsa, bu onun mənəviyyatını zənginləşdirir Təriqətçilik isə insanları bir növ fanatikləşdirir”. Bu fikrin müəllifi psixoloq Murad İsayevin fikrincə, din insanın mənəvi təmizliyidir. Din bir şeyə qarşı hücumu sevmək, mübarizə ilə əldə etmək , dolayısı ilə Allahı sevmək deməkdir. Amma bəziləri bu hissi fanatikləşdirir. “Bəzi ölkələrdə beyin proqramlaşdırılması deyilən bir şey var ki, insanları zombiyə çevirir. «Din təriqətlər»inin nümayəndələri insanların psixikasına o qədər güclü təsir edirlər. Amma təcrübə göstərir ki, bəzən bu insanların özləri öz dediklərinə inanmırlar. Bu səbəbdən insanlar öz psixikasını heç kəsə etibar etməməlidir, inanclardan qorumalıdırlar”.


“Nə etməli olduğumuzu xüsusi reseptlər vasitəsilə təlqin edirdilər”

Psixoloq bu halların aradan qaldırılması üçün dini maarifləndirmənin labüd olduğunu bildirdi. “Bu məktəbdən başlamalı, universitetdə davam etdirilməlidir. Dini savadı olan insanların fanatik robota çevrilməz. Çünki bu robotlar hər deyilənə inanır və təsir altına tez düşür”.

“Bize lə dövrdə yaşamışıq ki, uzun müddət Allahı danan cəmiyyət olub. Bizə hər zaman nə etməli olduğumuzu xüsusi reseptlər vasitəsilə təlqin edirdilər. Təbii ki, müstəqillikdən sonra bəzi problemlər özünü göstərməyə başladı”-deyən sosioloq Cümşüd Nuriyev insanların təriqətlərə aldanmasını mənəvi boşluqla əlaqələndirdi. “Müstəqillikdən sonra Azərbaycan xarici ölkələ kəşviyyatçılarının sınaq meydanına çevrildi. Ölkədə dini əqidə ilə bağlı boşluqlar var idi. Gənclərdə dini savad tam formalaşmamış, orta yaşlı insanlarda isə, dini savadsız mollalar səviyyəsində idi. Təbii ki, təriqətlər ayaq açmağa başladı. Respublikanın şimalında vahabilər, cənubunda şaiyələr, Bakı və mərkəz hissələrində nurçuluq yayılıb. Əfəndilik, kələbilik, qızılbaşlar, hirufilik, əhmədilik kimi məzhəblər də mövcuddur. Amma bu məshəblər əhalidən pul qoparmaq məqsədi daşıyır. Bu səbəbdən bunlara biznes məshəbləri demək olar”.

Cümşüd Nuriyev təriqətlərin kütləvi şəkildə yayıla bilməməsinin səbəbini daima bu mövzuları işıqlandıran mediada gördü.


Günel Səfərova










4 Aprel, 2011  18:29 Baxılıb: 2070 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner