Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“Qarabağ” “İmarət” Fanklubun aksiyasını dəstəklədi

“Qarabağ” klubunun azarkeşlərindən ibarət “İmarət” Fanklubunbun üzvləri maraqlı bir təkliflə çıxış edib. “Qarabağın” Avroliqa oyunlarını izləmək üçün hərəkət məhdudluğu olan insanlara da şərait yaradılacaq.

Bu gün Azərbaycanda olan futbol meydanlarından heç birində hərəkət məhdudluğu olan insanların - əlill arabaları ilə tamaşaçılar arasından futbolu izləməsi üçün heç bir şərait yoxdur. Amma bu heç də o demək deyil ki, onlar futbolu meydanlardan izləmək istəmir.

Simar.az xəbər verir ki,  “Qarabağ” klubunun azarkeşlərini birləşdirən “İmarət” Fanklubunun üzvləri Ramanı qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində müxtəlif kurslarda olan şəxslərin “Qarabağın” ev oyunlarını izləməsi üçün klub qarşısında təkliflə çıxış edib. “İmarət” Fanklubun rəhbəri Xaləddin Bayramovun Bugun.az-a verdiyi məlumata görə,  kub rəhbərliyi artıq bu təklifə müsbət münasibətini bildirib.

Bugünlərdə  Reabilitasiya Mərkəzində bu işin təşəbbüskarlarından biri Qarabağ qazisi, Azərbaycan Parolimpiya Federasiyasının mərkəzdəki kordinatoru İlham Məhərrəmov və Xaladdin Bayramov görüşüb və bu humanitar aksiyanın detallarını müzakirə ediblər. Nəzərə almaq lazımdır ki, tamaşaçı sektorlarında əlil arabaları ilə futbolu izləmək üçün yer olmadığına görə, onların meydanın hansı yerində yerləşdirilməsi razılaşdırılmalıdır. Əlillərin meydana gətirilməsi təmin olunmalıdır. Klub rəhbərliyi bütün bu problemlərin həllini öz üzərinə götürüb.

Bugun.az onu da xatırladır ki, artıq bir neçə illərdir ki, fəaliyyət göstərən “İmarət” ölkə da fəaliyyət göstərən ən aktiv fanklublardan biri hesab olunur. Klub üzvləri təkcə “Qarabağ”ın oyunlarında azarkeşlik etmir, həm də Ağdam klubunun tarixi ilə bağlı müxtəlif tanıtım, hərbi-vətənpərvərlik və humanitar aksiyalar da  keçirir.

Klub üzvlərinin milli qəhrəmanlar və Qarabağ qaziləri ilə bağlı aksiyaları həmişə maraqla qarşılanır. Aralarında Qarabağ qazilərinin də olduğu hərəkət məhdudluğu olan şəxslərin “Qarabağ”ın ev oyunlarını izləməsi təşəbbüsü də məhz belə aksiyalardan biridir.

Sözsüz ki, bu aksiya həm oyunçular üçün əlavə ruh yüksəkliyi yarada, həm hərəkət məhdudluğu olan insanların cəmiyyətə inteqrasiyasına kömək edə, həm də rəqib komanda və əcnəbi tamaşaçılarda müəyyən müsbət rəy formalaşdıra bilər.

 

 

 






18 Avqust, 2014  09:50 Baxılıb: 940 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner