Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bakıda avtobus qəzası: 2 ölü, 6 yaralı var - YENİLƏNİB - SİYAHI

Bakıda baş verən avtobus qəzasında xəsarət alananların adları məlum olub.

3 saylı Şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, qəza nəticəsində avtobusda olan sərnişinlərdən 52 yaşlı Dilarə Alagözova, 27 yaşlı Roman Hacıyev, 21 yaşlı Ayşən Eminova, 43 yaşlı İlahə Babayeva, 19 yaşlı Fuad Kazımov və 17 yaşlı Cəmilə Şükürlü müxtəlif xəsarətlərlə xəstəxanaya daxil olublar.

Qəza nəticəsində yaralananlardan daha bir nəfər, naməlum kişi xəstəxanada dünyasını dəyişib.

Bununla da qəzada ölənlərin sayı ikiyə çatıb.

Sabunçu rayon 3 saylı şəhər klinik xəstəxanasından Simsar.az-a bildirilib ki, yaralıların hamısı bu tibb müəssissəinə yerləşdirlib.

Xəsətxanadan verilən məlumata görə, 6 yaralı var. Onlardan əksəriyyəti cərrahiyə şöbəsindədir. Bir nəfər isə Kliniki Tibbi Mərkəzə aparılıb.

***08:41

Bu gün səhər saatlarında Heydər Əliyev prospektində, Aeroport yolunda üzü şəhər istiqamətində hərəkət edən sərnişin avtobusu, ”Koroğlu” metrostansiyasına çatmamış tikilməkdə olan Olimpiya kompleksini əhatə edən dəmir hasara çırpılıb.

ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hazırda hadisə yerinə Baş Dövlət Yol Polisi idarəsinin əməkdaşları cəlb olunub.

Şəhər Yol Polisi idarəsindən ANS PRESS-ə verilən məlumata görə, “İsuzu” markalı sərnişin avtobusu sürücüsü idarəetməni itirərək yüksək sürətlə Olimpiya kompleksini əhatə edən dəmir hasara çırpılıb. Qəza nəticəsində 1 nəfər həyatını itirib, 1 nəfər isə yaralanıb. Ölənin sərnişin və ya sürücü olması ilə bağlı məlumat yoxdur.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, baş verən qəza Heydər Əliyev prospektində Sabunçu körpüsündən "Koroğlu" metrosunadək uzanan tıxaca səbəb olub.






14 Avqust, 2014  09:37 Baxılıb: 2465 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner