Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Fariz Məmmədov üçün erməni rəqib

Oktyabrda start götürəcək APB (AİBA Professional Boxing) turnirində daha bir çəki dərəcəsində boksçuların adları məlum olub. Boks Federasiyasından Simsar.az saytına verilən məlumata görə, həmyerlimiz Fariz Məmmədovun da mübarizə aparacağı 69 kq çəki dərəcəsində 8 idmançı Olimpiya lisenziyası uğrunda güclərini sanayacaqlar.

Bu çəki dərəcəsinin əsas favoritlərindən biri London Olimpiadasının bürünc, dünya çempionatının gümüş mükafatçısı rusiyalı Andrey Zamkovoydur. 34 yaşlı Məmmədov 69 kq çəki dərəcəsinin ən yaşlı idmançısıdır. Bu çəkidə ən gənc idmançı isə Almaniyanı təmsil edən milliyətcə erməni olan Arajik Marutyandır. Onun 19 yaşı var.

Andrey Zamkovoy (Rusiya) - 27 yaşı var. London Olimpiadasının bürünc mükafatçısı, 2009-cu il (Milan) dünya çempionatının gümüş mükafatçısı.

Arajik Marutyan (Almaniya) – 19 yaşı var. 2013-cü il (Almatı) dünya çempionatının bürünc mükafatçısı, 2013-cü il Avropa çempionatının (Minsk) gümüş mükafatçısı.

Denis Lazarev (Ukrayna) – 24 yaşı var. 2007-ci il (Serbiya) yeniyetmələr arasında Avropa birinciliyinin qalibi.

Fariz Məmmədov (Azərbaycan) – 34 yaşı var. WBO Avropa kəmərinin sahibi.

Qyula Kate (Macarıstan) – 32 yaşı var. 2003-cü il (Banqkok) dünya çempionatının, 2009-cu il (Milan) dünya çempionatının bürünc mükafatçısı.

Markos Nader (Avstriya) – 24 yaşı var.

Onur Sipal (Türkiyə) – 25 yaşı var. 2008-ci il Pekin Olimpiadasının iştirakçısı, 2013-cü il tələbələrin Universiadasının (Kazan) bürünc mükafatçısı.

Rayton Okviri (Keniya) – 28 yaşı var. 2011-ci il Afrika oyunlarının bürünc mükafatçısı.

 






13 Avqust, 2014  14:24 Baxılıb: 848 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner