Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Gəmiyə tələbat tam ödəniləcək

Bunu Rövnək Abdullayev deyib

Bakının Ələt qəsəbəsində inşa olunan yeni gəmiqayırma zavodu Azərbaycan və Xəzəryanı ölkələrə xidmət edib, Azərbaycanın gəmiyə olan tələbatını tam ödəyəcək.

«APA-ECONOMICS»in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, qarşıdakı 15 il ərzində ARDNŞ-ə neft-qaz əməliyyatlarını həyata keçirmək üçün 100-dən artıq müxtəlif təyinatlı gəmi lazım olacaq: «Şirkətin hazırkı neft donanması, əsasən, 70-ci illərdə istehsal edilən gəmilərdən ibarət olduğuna görə, gəmi parkının təzələnməsinə ehtiyac var və zavod bunun öhdəsindən gələcək. Zavodda texnoloji gəmilər və üzən qurğular da istehsal olunacaq. Zavodun inşası 2013-cü ilin birinci yarısında başa çatacaq».

ARDNŞ prezidentinin sözlərinə görə, zavodda hərbi gəmilər və Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə gəmilər də buraxılacaq. R. Abdullayev, həmçinin qeyd edib ki, zavodun tikintisi 450 mln. ABŞ dollarına başa gələcək: «Gəmiqayırma zavodunun inşası ilə bağlı tenderlər artıq yekunlaşıb, tenderdə qalib gələn şirkətlərin adı bu ay məlum olacaq”.






2 Aprel, 2011  16:56 Baxılıb: 1696 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner