Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Mircavadov: “Transfer xətrinə futbolçu gətirmək lazım deyil”

Təcrübəli futbol mütəxəssisi Ağasəlim Mircavadov Simsar.az-a müsahibəsində “Neftçi” və “Qarabağ”ın Avrokubok imkanlarından, eləcə də, Topaz Premyer Liqasının yeni mövsümündən nələr gözlədiyi haqda danışıb.

- Kanalesin gəlişi “Neftçi”nin hücum xəttindəki problemləri aradan qaldıra biləcəkmi?

- Kanales gözəl hücumçudur. Hər halda, komanda rəhbərliyi və texniki heyət hücum xəttindəki problemi aradan qaldırmaq üçün bu transferi edib. Kanales gözəl oyunu və vurduğu qollarla yadda qalmışdı. Ancaq onun gedişindən çox vaxt keçib. Bu vaxtda nələrin dəyişdiyini demək də çox çətindir. Baxıb görəcəyik.

- “Neftçi” və “Qarabağ” Avropa Liqasında mübarizəni davam etdirirlər. Təmsilçilərimizin şanslarını necə dəyərləndirirsiniz?

- Əslində, püşkün hər iki komanda üçün uğurlu olduğunu düşünürəm. Çünki həm “Neftçi”, həm də “Qarabağ” bir neçə il əvvəl oynadıqları rəqiblərlə yenidən görüşəcəklər. Həmin oyunların videoyazıları klublardadır və onlar həmin oyunları təhlil etməklə məşğuldurlar. İndidən nəsə demək çətindir. Ancaq hər iki klubumuz rəqiblərini məğlub edə biləcək gücdədir. Yaxşı hazırlaşmaq və oyun günü meydanda qələbəyə layiq oyun göstərmək lazımdır. Həmçinin, mövqelərdəki problemləri aradan qaldırmaq üçün işlər görməlidirlər.

- Hansı problemləri nəzərdə tutursunuz?

- Həm “Neftçi”, həm də “Qarabağ”da müəyyən mövqelərdə boşluqlar var. İlk növbədə bunu aradan qaldırmaq lazımdır. Hər iki klubun gənc yerli futbolçuları var. Həmin futbolçular öz üzərlərində işləməli və özlərini inkişaf etdirməlidirlər.

- Premyer Liqanın yeni mövsümündən nələr gözləyirsiniz?

- İlk turu arxada qoyduq və belə qənaətə gəlmək olar ki, yenə “Neftçi”, “Qarabağ” və “İnter” çempionluq uğrunda yarışacaqlar. Təbii ki, iddialı klubların sayı nə qədər çox olsa, oyunlar da bir o qədər maraqlı keçər. Hazırda isə, təəssüf ki, “Bakı” çətin vəziyyətdədir, “Xəzər Lənkəran” və “Qəbələ” onlara bəslənilən ümidi doğrultmur. Elə götürək “Qəbələ”ni... Bu komanda “İnter”lə oynadığı kimi davam etsə, heç bir nəticəyə iddia edə bilməz. Ona görə, komandanı toparlamaq lazımdır. Hansısa futbolçu gətirməklə iş bitmir. Yəni, transfer xətrinə oyunçu gətirmək lazım deyil. Transfer ediləcək futbolçunu bir müddət izləmək lazımdır. Bundan sonra qərar vermək olar.

Vüsal Məmmədzadə

 

 






13 Avqust, 2014  14:03 Baxılıb: 756 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner