Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Gözlənilən qərar verildi: “Qarabağ”a texniki məğlubiyyət

Bu gün AFFA-nın İntizam Komitəsinin (İK) iclası keçirilib


Simsar.az xəbər verir ki, 2014/15 mövsümünün ilk toplantısında Topaz Premyer Liqası və əvəzedicilərin çempionatının I turunda baş verən qayda pozuntuları müzakirə olunub. Komitə üzvləri müzakirələrdən sonra müvafiq qərarlar çıxarıb.

Toplantıda ilk turun “Sumqayıt”la səfər oyununun gedişində legioner limitini pozan “Qarabağ”ın məsələsinə baxıb. Matç ərzində 2 dəqiqə 7 legionerlə oynayan ağdamlıların 3:0 hesablı qələbəsi ləğv olunub və onlara texniki məğlubiyyət (0:3) verilib. Qərara əsasən, matçda göstərilmiş sarı vərəqələr qüvvədə qalsa da, vurulmuş qollar ləğv edilib.

Bu qarşılaşmanın 50-ci dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydana kənar əşya atıldı üçün “Sumqayıt” 1000 manat ziyana düşüb.

AZAL – “Xəzər Lənkəran” qarşılaşmasında ikinci sarı vərəqə üzündən meydandan qovulan Şəhriyar Rəhimov meydan sahiblərini ziyana salıb. 1 oyunluq cəza alan futbolçu üçün klubu 200 manat ödəməli olacaq.

Əvəzedicilərin çempionatında “Qəbələ” ilə görüşdə ikinci sarı vərəqə üzündən meydanı tərk edən İlkin Sadıqov “İnter”i 100 manat xərcə salıb. Futbolçunun özü isə növbəti turu buraxacaq. Bakılılar 4 futbolçusu sarı vərəqə aldığı üçün daha 500 manat xərcə düşüb. “Qarabağ”la ev matçında 6 futbolçusu sarı vərəqə alan “Sumqayıt” isə 500 manat cərimə ödəməlidir.







12 Avqust, 2014  15:04 Baxılıb: 715 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner