Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

Azərbaycanda neolitə aid ən qədim yaşayış yeri bəlli oldu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, Tovuz arxeoloji ekspedisiyasının rəhbəri Fərhad Quliyevin Simsar.az-a verdiyi məlumata görə görə, başçılıq etdiyi ekspedisiya bu ilin təqvim-planı üzrə Tovuz rayonunda nəzərdə tutulmuş tədqiqat işlərinin ilkin mərhələsini yekunlaşdırıb.

Tovuz rayonunun ərazisində yerləşən və e.ə. VI minilliyin I yarısına aid Göytəpə neolit yaşayış məskənində qədim yaşayış kompleksinin ərazisi də daxil olmaqla nəzərdə tutulmuş arxeoparkın inşası üçün ilkin virtual layihələndirmə işləri aparılıb. Göytəpə arxeoloji kompleksindən təqribən 1 kilometr qərbdə yerləşən Hacıəllamxanlı qədim yaşayış məskəninin tədqiqi davam etdirilib. Bir daha təsdiq edilib ki, Hacıəllamxanlı yaşayış məskəninin qədim sakinləri məhz sonradan Göytəpə məskənlərə köç ediblər. Məskəndən aşkar edilən üzvü qalıqların üzərində Tokio Universitetində aparılıb radiokarbon analizi Hacıəllamxanlı yaşayış məskəninin e.ə. VII minilliyin ortalarına aid olduğunu göstərib. Beləliklə, Hacıəllamxanlı yaşayış məskənini Azərbaycanda neolitə aid ən qədim yaşayış yeri kimi səciyyələndirmək olar.

Fransa Milli Araşdırmaları Mərkəzinin mütəxəssisləri ilə birgə Goytəpə arxeoloji kompleksindən 8 kilometr şərqdə yerləşən Menteş qədim yaşayış yerində də əsaslı arxeoloji araşdırmalar aparılıb. Hal-hazırda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tovuz arxeoloji ekspedisiyası rayon ərazisində digər yeni abidələrin müəyyənləşdirilməsini, qeydiyyatını və ötən il tədqiqatlarda aşkar edilən tarixi abidələrin (məsələn, son tunc və erkən dəmir dövrünə aid Topdağdağan kurqan nekropolu) tədqiqatını  aparır.







8 Avqust, 2014  11:01 Baxılıb: 1190 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner