Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Çələbiyevin rəqibləri bəllidir

AİBA oktyabrda yeni layihəsinə - APB-ə (AİBA Professional Boxing) start verir

Simsar.az xəbər verir ki, 6 raund olacaq ilk reytinq döyüşlərinin oktyabrın 24-dən noyabrın 1-ə kimi keçirilməsi nəzərdə tutulur.

Sonda hər çəkidə finala vəsiqə qazanan boksçular (ümumilikdə 20 idmançı) Rio de Janeyro Olimpiadasına vəsiqə qazanacaq. Azərbaycanın 3 boksçusu – Məhəmmədrəsul Məcidov (+91 kq), Cavid Çələbiyev (56 kq) və Fariz Məmmədov (69 kq) APB ilə müqavilə imzalayıb. Hələ ki Məcidovla Məmmədovun rəqibləri bəlli olmasa da, dünya çempionu Çələbiyevin çəkisində hansı idmançıların döyüşəcəyi məlumdur. 56 kq çəki dərəcəsində döyüşlərin Argentinada keçirilməsi nəzərdə tutulur. Superağır çəki dərəcəsində isə görüşləri çox güman ki, Bakı qəbul edəcək.

56 kq çəki dərəcəsində mübarizə aparacaq boksçular:

Alberto Ezequiel Melian (Argentina) – 24 yaşı var. 2012-ci ildə London Olimpiadasının iştirakçısıdır.

Benson Njangiru (Keniya) – 29 yaşı var. Dostluq oyunlarında gümüş medal. (Dehli, 2010-cu il)

Cavid Çələbiyev (Azərbaycan) – 22 yaşı var. Dünya çempionu. (Almatı, 2013-cü il)

Jiavei Zjanq (Çin) – 25 yaşı var. Asiya oyunlarının gümüş mükafatçısı (Quançjou, 2010-cu il).

Xedafi Djelkhir (Fransa) – 30 yaşı var. 2008-ci ildə Pekin Olimpiadasının gümüş mükafatçısı.

Satoşi Şimizu (Yaponiya) – 28 yaşı var. 2012-ci ildə London Olimpiadasının bürünc mükafatçısı.

Sergey Vodopiyanov (Rusiya) – 26 yaşı var. Dünya çempionu (Çikaqo, 2007-ci il), dünya çempionatının gümüş mükafatçısı (Milan, 2009-cu il).

Yonni Blanko (Venesuela) – 27 yaşı var. 2013-cü ildə Şimali Amerika oyunlarının bürünc mükafatçısı.

 






7 Avqust, 2014  16:03 Baxılıb: 688 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner