Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

UEFA püşkatmanın vaxtını açıqladı

2014/2015 mövsümü üçün Çempionlar Liqası və Avropa Liqasının pley-off mərhələlərinin püşkünün vaxtı açıqlanıb.

UEFA-nın rəsmi saytının verdiyi xəbərə görə, İsveçrənin Nyon şəhərində keçiriləcək qitənin ən nüfuzlu klub turnirinin püşkatma mərasimi avqustun 18-də, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Azərbaycanı Çempionlar Liqasında "Qarabağ" təmsil edir. Ağdam klubu pley-off-a yüksəlmək üçün öncə III təsnifat mərhələsində Avsrtiyanın "Zalsburq" klubunu mübarizədən kənarlaşdırmalıdı. Avqustun 8-də atılacaq püşkdən sonra isə pley-off-dakı rəqiblərin kimliyinə aydınlıq gələcək.

Avqustun 18-i saat 16:00-da isə Avropa Liqasının püşkatma mərasimi keçiriləcək. Son ölkə kubokunun sahibi "Neftçi" "Çixura" (Gürcüstan) səddini keçəcəyi təqdirdə pley-off mərhələsində kiminlə qarşılaşacağı avqustun 8-dəki püşkatma zamanı bilinəcək.

Çempionlar Liqasının pley-off mərhələsinin oyunları 19-20 və 26-27 avqust, Avroliqanın pley-off mərhələsinin görüşləri isə 21-28 avqust tarixlərində keçiriləcək.






4 Avqust, 2014  14:07 Baxılıb: 826 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner