Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Nuru Paşaya niyə heykəl qoyulmur?

Ziyalılar bunun səbəbini dəqiq bilmədi

1918-ci ilin mart qırğınından sonra Bakıda çox gərgin vəziyyət hökm sürürdü. Mart qırğınını törədən isə Şaumyanın başçılıq etdiyi özlərini bolşevik adlandıran quldur dəstəsi idi.
Milli hökumət kömək üçün Türkiyənin rəhbərliyinə müraciət etdi. Nuru Paşanın rəhbərliyi altında türk qoşunları sentyabrda Bakıya daxil olaraq paytaxtı işğalçılardan azad etdi.

Qalibiyyət tarixindən 93 il keçsə də, Bakıda onun xilaskarını xatırladan nişanə belə yoxdu.
İctimaiyyət nümayəndələri zaman-zaman Nuru Paşaya heykəl qoyulması təklifi ilə çıxış ediblər, hətta bu məsələ yuxarı səviyyələrdə müzakirə olunub. Nəticə isə yoxdu.

Simsar.az bu mövzuda daha çox aktivlik edən bəzi ictimaiyyət nümayəndələrinə “Nuru Paşaya niyə heykəl qoymurlar” sualı ilə müraciət edib.

Ağrıdağ Xeyrə Cəmiyyətinin sədri Nurəddin Mustafayev: 

-Nuru paşanın heykəli mutləq qoyulmalıdır. Bu, Azərbaycanın özü-özünü qiymətləndirməsi deməkdir. Nuru Paşanın Azərbaycan üçun etdiyi fədakarlığını hamımız bilirik.

Yazar Mahal İsmayıloğlu:

- Bu, çox ağrılı mövzüdür. Neçə illərdir ki, soyqırım qeyd edilir. Nuru Paşa kimi bir qəhramanın abidəsi hələ də ucalmayıb. Heykəl simvolik məna daşyır və həmişə xalqın gözü qarşısındadır.

“İrəvan” qəzetinin baş redaktoru:

- Köçəri Nağıbəyli bu gün Azərbaycanda Nuru Paşanın heykəlinin qoyulmaması bəzi antimilli məmurların siyasətinin nəticəsidir. Azərbaycanda hətta Hüsnü Mübarəkin heykəli ucaldılır, amma Nuru Paşa və Məhəmmədəmin Rəsulzadənin heykəlləri qoyulmayıb.

Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev:

-Nuru Paşanın heykəli ona görə qoyulmur ki, ölkədə ona heykəl qoyulası yer qalmayıb. Həmin yerlərdə başqa şəxslərin heykəlləri qoyulub. İndiki siyasi elitanın Nuru Paşaya münasibəti bəllidir. Hər hansı insan Vətən, millət, qardaşlıq üçün bu qədər fədakarlıq edibsə, onun heykəli xalqın ürəyində qoyulub.
Qadınların Siyasi Maarifləndirmə Mərkəzinin sədri Mehriban Vəzir:

- Azərbaycan növbəti dəfə müstəqillik qazandığı ərəfədə ölkənin vəziyyəti o qədər yaxşı deyildi ki, Vətən üçün fədakarlıq edənlərə qiymət verilsin. İndiki dövrdə Azərbaycan inkişaf edib Nuru Paşaya mütləq heykəl qoyulacaq. Bunu Azərbaycanın düşünən insanları edəcək.

Vasif Vəlizadə






31 Mart, 2011  20:05 Baxılıb: 3759 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner