Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Əfsanəvi futbolçunun dəfn ediləcəyi tarix açıqlandı - FOTO

Azərbaycan əfsanəvi futbolçusu Ələkbər Məmmədovla vida mərasimi avqustun 4-də keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a bildirilib ki, Ələkbər Məmmədovla vida mərasimi Bədən Tərbiyəsi və İdman Akademiyasında saat 13.00-dan 15.00-dək keçiriləcək.

Məşhur futbolçu 2-ci Fəxri Xiyabanda dəfn ediləcək.

Xatırladaq ki, Ələkbər Məmmədov iyulun 29-da yaşadığı mənzilində dünyasını dəyişib. Məşhur futbolçunun ölümündən 3 gün sonra xəbər tutulub.

 

Ələkbər Məmmədov 1930-cu il mayın 9-da Bakıda anadan olub.

Ələkbər Məmmədov Bakının “Neftçi” (1948—1953, 1960—1962), Moskvanın “Dinamo” (1954—1959) komandalarında oynayıb. SSRİ-nin yüksək liqasında 185 oyun keçirmiş, 56 qol vurub. 1954, 1955, 1957, 1959-cu illərdə SSRİ çempionu olub. Beynəlxalq oyunlarda iştirak edib.

SSRİ yığma komandasının tərkibində 1958-1959-cu illərdə 4 oyun keçirib. 1960-cı il futbol üzrə Avropa çempionatının seçmə oyunlarının iştirakçısı olub. Bakının “Neftçi” komandasının, Azərbaycanın yığma komandasının məşqçisi olub.

Ə. Məmmədov Azərbaycan Dövlət Neft Akademiyasının idman hazırlığı kafedrasının müdiridir.

O, 1960-cı ildə “SSRİ-nin əməkdar idman ustası”, 1990-cı ildə isə “SSRİ-nin əməkdar məşqiçisi” fəxri adına layiq görülmüşdür.






2 Avqust, 2014  10:50 Baxılıb: 852 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner