Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Azərbaycanın Olimpiada mübarizəsi start götürür

Bu gün Norveçin Tromse şəhərində 41-ci Ümumdünya Şahmat Olimpiadası başlayır

Simsar.az xəbər verir ki, olimpiadada Azərbaycanın kişi və qadınlardan ibarət yığma komandaları da daxil olmaqla ümumilikdə 317 komanda iştirak edəcək.

Kişi şahmatçılardan ibarət yığmada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Qədir Hüseynov və Rauf Məmmədov təmsil olunacaq. Komandanın kapitanı Aleksandr Xalifmandır. Fikrət Sideyifzadənin kapitanı olduğu qadınlardan ibarət yığmada Zeynəb və Türkan Məmmədyarovalar, Gülnar Məmmədova, Xəyalə Abdulla və Səbinə İbrahimova çıxış edəcəklər. Həmçinin olimpiadada ölkəmiz 10 hakimlə təmsil olunacaq.

Qeyd edək ki, avqustun 12-də Tromseda Azərbaycan günü keçiriləcək. Mərasimdə olimpiadanın bayrağı 2016-cı ildə yarışa ev sahibliyi edəcək Bakı şəhərinin rəsmilərinə təqdim olunacaq. Tədbirdə Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Şahmat Federasiyasının rəsmiləri iştirak edəcəklər. Olimpiada avqustun 15-də başa çatacaq.







1 Avqust, 2014  14:00 Baxılıb: 698 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner