Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Azərbaycan və Rusiya arasında saziş imzalanıb

Rusiyanın Soçi şəhərində MDB-yə üzv, Baltikyanı və Şərqi Avropa ölkələrinin idman nazirləri və Milli Olimpiya Komitələri rəhbərlərinin görüşü keçirilib

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, görüşdə Azərbaycanı gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov təmsil edib.

20-dən artıq ölkənin nümayəndəsinin qatıldığı tədbirdə İ. İsmayılov müxtəlif dövlətlərin bir sıra idmana məsul şəxsləri ilə görüşlər keçirib, 2014-cü ildə Soçi şəhərində təşkil olunacaq Qış Olimpiya Oyunlarına hazırlıq prosesi, bir sıra idman obyektləri ilə yaxından tanış olub. İ. İsmayılov eyni zamanda Azərbaycan idmançılarının Rusiyada yerləşən Beynəlxalq Olimpiya Akademiyasında təcrübə keçmələri ilə bağlı da danışıqlar aparıb.

Səfər çərçivəsində İ. İsmayılov və Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov arasında idman sahəsində qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişə təlim məşq toplantılarının keçirilməsi, idmançıların təcrübə keçmələri, onların və məşqçilərinin hüquqlarının qorunması, idmanın təbliğatı, idman yarışlarının təşkili və s. daxildir.






31 Mart, 2011  15:19 Baxılıb: 1527 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner