Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Şahin Diniyev: “Qarabağ”ın qələbəsi sensasiya sayılmayacaq” – MÜSAHİBƏ

Bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Qarabağ” “Zalsburq”u qəbul edəcək. Simsar.az futbol mütəxəssisi Şahin Diniyevin oyun öncəsi fikirlərini öyrənib.

- “Qarabağ” iddialı bir rəqiblə üz-üzədir. “Zalsburq” qarşısında hansı nəticəyə ümid edə bilərik?

- “Zalsburq” tipik alman futbolu oynayan komandadır. Yəni, onların oyunu sürət və pressinq üzərində qurulub. Biz isə bu cür futbolun qarışısında həmişə aciz qalmışıq. Ancaq düşünürəm, bu dəfə fərqli nəticəyə ümid etmək olar. “Qarabağ” yetərincə güclü heyətə sahibdir və bu heyətlə istənilən nəticəyə nail olmaq mümkündür. Sadəcə, ilk oyunda qapını toxunulmaz saxlamaq vacibdir.

- Rəqib Avstriya çempionatına möhtəşəm başlayıb və iki oyuna 11 qol vurub. Sizcə, Qurban Qurbanov qapını toxunulmaz saxlamaq üçün hansı gedişləri etməlidir?

- Kağız üzərində nəsə demək asandır. Komandanın hazırkı vəziyyətindən çox şey asılıdır. Məşqçi əlindəki materiallardan istifadə edir. Qurbanov da əlindən gələnin ən yaxşısını etməyə çalışacaq.

- “Qarabağ”ın ən güclü silahı nə olacaq?

- Düşünürəm, Reynaldo-Almeyda-Çumbinyo triosu Ağdam təmsilçisinin ən güclü silahıdır. Rəşad Sadıqov oynayacağı təqdirdə isə o, liderlik keyfiyyətləri ilə komandanı qabağa apara bilər. Həmçinin, Sadıqovun varlığı “Qarabağ”ın müdafiəsini daha etibarlı edəcək.

- İlk oyundan hansı nəticəni gözləyirsiz?

- “Qarabağ” öz meydanında uduzmamalıdır. Məncə, cütün taleyi Avstriyada həll olunacaq. Bakıda isə “Qarabağ”ın qələbəsi sensasiya sayılmayacaq.

 

Vüsal Məmmədzadə







30 İyul, 2014  14:00 Baxılıb: 917 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner