Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“İnter” 5-ci qələbə, “Neftçi” mərhələ arzusunda

Bu gün UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Simsar.az xəbər verir ki, oyun günündə 2 Azərbaycan təmsilçisi də meydana çıxacaq.

İlk olaraq mübarizəyə “İnter” qoşulacaq. Ötən həftə İsveç səfərindən minimal hesablı qələbə ilə dönən Kaxaber Sxadadzenin yetirmələri bu dəfə də zəfər arzusundadırlar. “Bankir”lər “Elfsborq”la oyunda rəqibi məyus edə bilsələr, bu, həm də Azərbaycan futbolu tarixində rekord olacaq. Belə ki, Avrokuboklarda ardıcıl 4 oyunda qalib gələn paytaxt təmsilçisi bununla 5-ci qələbəyə sevinəcək.

“İnter”in ardınca isə digər bir Bakı klubu “Neftçi” mübarizəyə qoşulacaq. Doğma meydanda Sloveniya “Koper”inə məğlub olan Böyükağa Hacıyevin yetirmələri məğlubiyyətin əvəzini səfərdə çıxmağa çalışacaqlar. “Flaqman” adını növbəti mərhələyə yazdırmaq üçün, ən azı, 2 cavabsız qolla qalib gəlməyə borcludur.

21:00. “İnter” – “Elfsborq”

Baş hakim: Stanislav Todorov (Bolqarıstan)

“Şəfa” stadionu

23:30. “Koper” – “Neftçi”

Baş hakim: Benoit Millot (Fransa)

“SRC Bonifika” stadionu

 

Vüsal Məmmədzadə

 






24 İyul, 2014  09:04 Baxılıb: 672 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner