Ötən gün UEFA Çempionarl Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşlərinə start verilib
Simsar.az xəbər verir ki, baş tutan oyunlardan sonra növbəti mərhələyə adlamış 11 komandanın adına aydınlıq gəlib.
Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” Malta “Valetta”sını darmadağın edib. BATE isə öz meydanında müqavimətini qıra bilmədiyi “Skenderbeu” ilə səfər qarşılaşmasında sərfəli nəticə əldə edib.
Günün digər oyunlarında da sensasiya qeydə alınmayıb:
“Sutyeska” (Monteneqro) - “Şerif” (Moldova) - 0:3
İlk oyun - 0:2
“Levadiya” (Estoniya) - “Sparta” (Çexiya) - 1:1
İlk oyun - 0:7
"Düdelanj" (Lüksemburq) - “Ludoqorets” (Bolqarıstan) - 1:1
İlk oyun - 0:4
“Qarabağ” (Azərbaycan) - “Valletta” (Malta) - 3:0
İlk oyun - 1:0
“Makkabi” (Təl-Əviv, İsrail) - “Santa Koloma” (Andorra) - 2:0
İlk oyun – 1:0
TNS (Uels) - “Slovan” (Slovakiya) - 0:2
İlk oyun – 0:1
“Skenderbeu” (Albaniya) - BATE (Belarus) - 1:1
İlk oyun - 0:0
“HB Torshavn” (Farer adaları) - “Partizan” (Serbiya) - 1:3
İlk oyun - 0:3
“Jalgiris” (Litva) - “Dinamo” (Xorvatiya) - 0:2
İlk oyun – 0:2
“Debretsen” (Macarıstan) - “Kliftonvill” (Şimali İrlandiya) -2:0
İlk oyun - 0:0
“Seltik” (Şotlandiya) - “Reykyavik” (İslandiya) - 4:0
İlk oyun - 1:0
Vüsal Məmmədzadə