Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Azərbaycan yenə uduzdu

Futbol üzrə Azərbaycan milli komandası 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib

Simsar.az-ın məlumatına görə, A qrupunda yer alan millimiz Belçika yığmasının qonağı olub. 

Brüssel şəhərindəki “Rua Boduen” stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:1. Hesabı 12-ci dəqiqədə cərimə zərbəsindən Yan Vertongen açıb. Bundan 5 dəqiqə sonra Ruslan Abışov künc zərbəsindən oyuna daxil edilən topu başla tora qovuşdurub.

Lakin yığmamız heç-heçə hesabını qoruya bilməyib. 32-ci dəqiqədə müdafiəçi Rail Məlikovun əllə oyunundan sonra isveçli baş hakim Daniel Stalhammer millimizin qapısına penalti təyin edib. Timmi Simonsun zərbəsi Kamran Ağayev üçün əlçatmaz olub. İlk yarıya əlavə olunmuş 1-ci dəqiqədə Naser Şadlı hesabı artırıb. Oyunda son nöqtəni isə 74-cü dəqiqədə Yelle Vossen qoyub. Hesabın daha biabırçı həddə çatmasına məhz qapıçı imkan verməyib. Qapısından 4 top buraxmasına baxmayaraq, Ağayev rəqib futbolçuların qüvvətli zərbələrini dəfələrlə dəf edib.

Bununla da millimiz cari seçmə tsikldə üçüncü səfər matçında da darmadağın olub. Komandamız daha öncə Almaniyaya 1:6, Avstriyaya 0:3 hesabı ilə uduzub. Yığmamız yeganə qələbəsini ötən il Bakıda Türkiyə üzərində qazanıb – 1:0.

Qeyd edək ki, bu məğlubiyyət Azərbaycan yığmasının qrupdakı mövqeyinə təsir etməyib. 4 turdan sonra baş məşqçi Berti Foqtsun komandası 3 xalla 5-ci pillədə yer alıb. Millimiz növbəti oyununu iyunun 3-də səfərdə Qazaxıstana qarşı keçirəcək.






30 Mart, 2011  04:05 Baxılıb: 1530 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner