Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

AZAL Türkiyə klubunu üstələdi

Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən AZAL növbəti yoxlama oyununu keçirib. Simsar.az xəbər verir ki, Bakı təmsilçisi Gerede bölgəsində yerləşən “Dorukkaya” otelinin meydançasında yeni mövsümdən Türkiyə Super Liqasında mübarizə aparacaq “Mersin İdman Yurdu” ilə üz-üzə gəlib.

Qarşılıqla hücumlar şəraitində keçən görüşdə AZAL əzmkar qələbə qazanıb. İlk yarıda ələ düşən imkanlardan faydalana bilməyən komanda fasiləyə məğlub yollanıb. Türkiyəlilər hesabı ilk hissənin sonlarında açıb.

“Təyyarəçilər” 2-ci yarıda oyunda dönüş yarada bilib. 78-ci dəqiqədə Rəşad Abdullayev penaltidən hesabı bərabərləşdirib. 85-ci dəqiqədə isə Təmkin Xəlilzadə baxışda olan Con Enrike Kordoba ilə divar paslaşmasından sonra uzaqdan baxımlı qola imza atıb.

Beləliklə, AZAL 2:1 hesabı ilə qalib gəlib. Baş məşqçi Tərlan Əhmədov bu görüşdə aşağıdakı futbolçulara şans verib: Ruslan Məcidov (Stanislav Namaşko, 46), Novruz Məmmədov (Eltun Yaqublu, 78), Oskar Klyava, Xuanxo Pereyra, Şəhriyar Rəhimov (Xuanfran, 74), Kərim Diniyev (Təmkin Xəlilzadə, 55), Orxan Lalayev (Laşa Kasradze, 46), Rəşad Abdullayev (Orxan Səfiyaroğlu, 85), Cimmi Duqlas (Viktor İbekoyi, 46), Tomi Kostadinov (Aydın Qasımov, 69), Yosip Maroşeviç (Con Enrike Kordoba, 46).

Qeyd edək ki, Türkiyədəki ilk yoldaşlıq görüşündə İran U-21 millisi ilə 2:2 bərabərə qalan AZAL növbəti yoxlama oyununu iyulun 23-də Türkiyə Superliqasının yeni təmsilçisi “Balıkəsirspor” olacaq.







21 İyul, 2014  09:14 Baxılıb: 660 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner