Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Gənclər üçün iş imkanı

“Təhsildən məşğulluğa: gənc, ali təhsilli, ilk dəfə iş axtaranlara dəstək” pilot layihəsinin müsbət nəticələri respublika  miqyasında tətbiq  ediləcək. Simsar.az xəbər verir ki, bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən müvafiq təkliflərin hazırlanaraq hökumətə təqdim olunacaq.

Bu layihə çərçivəsində məşğulluq mərkəzlərində ilk dəfə iş axtaran kimi qeydiyyatda olan 15 nəfər ali təhsilli gənclə işəgötürənlər arasında əmək müqavilələri imzalanıb. Müqaviləyə görə, Beynəlxalq Əmək Təşkilatının maliyyə dəstəyi ilə əmək haqlarının yarısı onlara subsidiya şəklində ilk 6 ay ərzində ödəniləcək.

Azərbaycanda əhalinin, xüsusən gənclərin məşğulluğu sahəsində aparılan fəal siyasət  bu sahədə BƏT-in ölkəmizlə əməkdaşlığına stimul yaradıb və ölkəmiz bu təşkilatın “MDB ölkələrində gənclərin məşğulluğu sahəsində əməkdaşlıq” layihəsinə cəlb olunub. Layihənin əsas məqsədi gənclər üçün aktiv məşğulluq proqramlarının işlənib hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsi sahəsində layihəyə cəlb olunan ölkələrin imkanlarının artırılmasıdır.

Onu da qeyd edək ki, layihə ƏƏSMN və BƏT-in birgə təşkilatçılığı ilə icra olunur.

Ülviyyə







18 İyul, 2014  13:56 Baxılıb: 710 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner