Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Azərbaycandan FİFA reytinqində REKORD

Braziliyada keçirilən dünya çempionatının ardından milli komandaların FİFA reytinqi açıqlanıb. Simsar.az Apasport.az-a istinadən xəbər verir ki, mundialın 64 qarşılaşması reytinq siyahısında ciddi dəyişikliklərə səbəb olub.

Uzun müddət zirvədə qərarlaşan İspaniyanın hegemonluğu başa çatıb. Pireneylilər 7 pillə geriləyiblər. Braziliyanın 4, İtaliyanın 5 və İngiltərənin 10 pillə geriləməsi də qeyd olunmalıdı. Sonuncu iki komanda ilk “10-luq”dan da kənar düşüb. İtaliya hazırda dünyanın 14, İngiltərə isə 20-ci komandasıdır.

Əvəzində Almaniya 1-ci yerə qalxıb. Hollandiya isə böyük sıçrayış edib. Argentina, Kolumbiya, Belçika, Uruqvay və Fransa milliləri də ötən reytinqlə müqayisədə irəliləyiblər.

 

İlk “onluq”

 

1 (2). Almaniya – 1724

2 (5). Argentina – 1606

3 (15). Hollandiya - 1496

4 (8). Kolumbiya – 1492

5 (11). Belçika – 1401

6 (7). Uruqvay - 1330

7 (3). Braziliya – 1241

8 (1). İspaniya - 1229

9 (6). İsveçrə - 1216

10 (17). Fransa – 1202

 

Hesabat dövründə heç bir oyun keçirməyən Azərbaycan yığmasının da mövqeyi dəyişib. Ötən ay 83-cü yerdə qərarlaşan komandamız tarixinin ən yaxşı nəticəsi olan həmin göstəricini də yaxşılaşdırıb.

Millimiz bu dəfə 10 pillə irəliləyib. 410 xalla 73-cü pillədə olan komandamız Makedoniya, Kabo-Verde, Avstraliya, Zambiya, Səudiyyə Ərəbistanı, Mərakeş, Anqola, Belarus, Konqo, və Yamaykanı arxada qoyub.

Yığmamız tarixinin ən yaxşı nəticəsini göstərən 4 komandadan biridi. Mundialın tapıntılarından olan Kosta-Rika da 16-cı yerə qalxmaqla tarixlərində yeni səhifə açıb.

 

Millimiz və “qonşuları”

 

70 (70). İrlandiya - 440

71 (67). Boliviya - 429

72 (78). Bolqarıstan - 425

73 (83). AZƏRBAYCAN - 410

74 (80). Makedoniya – 406

75 (39). Kabo-Verde – 401

76 (62). Avstraliya – 397

 

Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən üçü - Bolqarıstan 6, Norveç 2, Xorvatiya 1 pillə irəliləyib. Qrupun favoriti İtaliya 5, autsayderi Malta isə 18 pillə geriləyib.

 

AVRO-2016-nın seçmə mərhələsinin H qrupu

 

14 (9). İtaliya – 1056

17 (18). Xorvatiya – 955

53 (55). Norveç - 520

72 (78). Bolqarıstan - 425

73 (83). AZƏRBAYCAN - 410

150 (132). Malta – 146

 

Qeyd edək ki, qonşularımızdan Rusiya 23-cü (-4), Türkiyə 32-ci (+3), Ermənistan 41-ci (-3), İran 49-cu (-6) və Gürcüstan 96-cı (0) pillədə qərarlaşıb. Göründüyü kimi, yalnız Azərbaycan və Türkiyə reytinq sıralamasında irəliləyib.






17 İyul, 2014  14:02 Baxılıb: 667 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner