Ötən gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları başa çatıb.
Simsar.az xəbər verir ki, oyun günündə 5 qarşılaşma baş tutub. Tiflis “Dinamo”su öz meydanında “Aktobe”dən zəif olub. “Malmö” və “Legiya” da cavab görüşünə qələbəsiz yollanacaqlar.
Günün nəticələrini təqdim edirik:
16 iyul
Çempionlar Liqası, 2-ci təsnifat mərhələsinin ilk oyunları
22:00. "Dinamo" (Tiflis, Gürcüstan) - "Aktobe" (Qazaxıstan) - 0:1
Qol: Neso, 51 (0:1)
22:00. "Ludoqorets" (Bolqarıstan) - "Dudelanj" (Lüksemburq) - 4:0
Qollar: Abalo, 35 (1:0), Bezyak, 43 (2:0), Aniket, 66 (3:0), Esponyo, 68 (4:0)
22:00. "Malmö" (İsveç) - “Ventspils” (Latviya) - 0:0
22:30. "Stromsqodset" (Norveç) - "Styaua" (Rumıniya) - 0:1
Qol: Yanku, 49 (0:1)
23:45. "Legiya" (Polşa) - "Sent Patriks" (İrlandiya) 1:1
Qollar: Faqan, 38 (0:1), Rodoviç, 90+1 (1:1)
Vüsal Məmmədzadə