Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Heydər Əliyevin xatirəsinə güləş turniri

İyulun 25-dən 27-dək ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Simsar.az xəbər verir ki, yarışda iştirak edəcək Serbiya millisi də hazırlıqlarını Bakıda, güləşçilərimizlə birlikdə davam etdirir. Komandanın məşqçisi Stoyan Dobrev burada yaradılan şəraitə görə Azərbaycan Güləş Federasiyasına təşəkkürünü bildirib:

“Hər şey əladır. Burada özümüzü evdəki kimi hiss edirik. Son vaxtlar ölkənizdə güləşin inkişafı göz qabağındadır. Pəhləvanlarınız bütün turnirlərdə favorit qismində göstərilir. Bizim üçün Azərbaycan güləşçiləriylə birlikdə məşq etmək böyük təcrübədir. Yeri gəlmişkən, 3 il bundan əvvəl də paytaxtınızda olmuşdum. Bakı çox gözəlləşib. Deyərdim ki, indiyə qədər bu qədər gözəl şəhərdə olmamışdım”.

Qeyd edək ki, iyulun 25-dən 27-dək keçiriləcək ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsində dünyanın 40-a yaxın ölkəsindən 400-dək idmançının iştirakı gözlənilir.

Simsar.az







15 İyul, 2014  16:25 Baxılıb: 821 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner