Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

SON DƏQİQƏ: Öndər Özən istefa verdi

“Beşiktaş” Futbol Klubunun direktoru vəzifəsindən getdiyini bildirib


“Yaxşı və pis günlərimiz oldu. Qürurverici bir iş gördüm. Prezident Fikrət Ormana və idarə heyətinin bütün  üzvlərinə təşəkkürümü bildirirəm”. Simsar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri “Beşiktaş” Futbol Klubunun direktoru vəzisəfindən istefa verdiyini bildirən Öndər Özən deyib. “Yolun sonuna gəldik. Bir az bundan əvvəl qərarımı verdim”, - deyən Özən istefa ilə bağlı qərarı özünün qəbul etdiyi qeyd edib.

“Biliçə zəng vurub fəaliyyətində uğurlar arzulayacağam”, - deyən Öndər Özən komandanın diqqət yetirməli olduğu  məqama da toxunub: “Əsas  transfer deyil, əsas daha dinamik inkişaf tempinə nail olmaqdır”.

İstefa ilə bağlı xəbərə münasibət bildirən klub prezidenti Fikrət Orman isə baş verən hadisənin onların şəxsi münasibətlərinə təsir etməyəcəyini bildirib: “Onunla çox yaxşı münasibətimiz var və bu indidən belə də davam edəcək. Təzminat tələbinin olub-olmadığını soruşdum, dedi, yoxdur. Klubun boş qalmış futbol direktoru vəzifəsinə tezliklə yeni birisini təyin etməyə çalışacağıq”, - deyən Orman təyinatla bağlı da danışıb:“Ağlımda konkret ad yoxdur. Bir neçə nəfər arasında düşünürəm. Ahmet Nur Çebi ilə danışmalıyam. Bundan sonra qəti qərarımızı vercəyik”.

Qeyd edək ki, Öndər Özən 2013-cü ilin may ayından futbol direktoru vəzifsini icra edirdi.

Vüsal Məmmədzadə







15 İyul, 2014  16:19 Baxılıb: 738 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner