Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Mircavadov Avroliqadakı növbəti oyunlarımızı dəyərləndirdi – MÜSAHİBƏ

Bu həftə Azərbaycan klubları Avrokuboklarda növbəti oyunlarına çıxacaqlar. “Qarabağ” Çempionlar Liqasında debüt edəcək. “Neftçi”  mövsümə Avropa Liqasında start verəcək. “İnter” isə “Tiraspol” qələbəsindən sonra İsveçə səfər edəcək.

Simsar.az mötəbər oyunlar ərəfəsində təcrübəli futbol mütəxəssisi Ağasəlim Mircavadovun fikirlərini öyrənib.

- “Qarabağ” bu gün Çempionlar Liqasında mübarizəyə qoşulur. Hansı nəticəyə ümid edə bilərik?

- “Qarabağ” hazırlığını yüksək səviyyədə keçirib. Heyətini qoruyub saxlayıb. Bəzi təzə oyunçular da var. Amma “Valetta” da zəif rəqib deyil. Malta klubu dəfələrlə ölkə çempionu olub və hər il Avropada çıxış edir. Təcrübəli komandadır. Ancaq düşünürəm, “Qarabağ” iki oyunun nəticəsində üstün olmalıdır.

- Hazırkı vəziyyətdə Azərbaycan çempionu hansı mərhələyə qədər irəliləyə bilər?

- Möcüzə baş verməsə, ilkin mərhələni rahatlıqla keçəcəyik. O biri mərhələdə isə rəqibin kimliyi mühüm rol oynayacaq. Çempionlar Liqasında zəif komanda olmur. Püşkdən də çox şey asılıdır. Ola bilsin, “Qarabağ” mübarizəni Avropa Liqasında davam etdirsin. Bunu da pis nəticə hesab etmək lazım deyil. Nəzərə almalıyıq ki, ilkin təsnifat mərhələsindən qoşulan komandalar qrupa qədər 4 oyun oynayır. “Qarabağ” isə 1 oyun az keçirəcək. Bu da onların xeyrinə olan amildir.

- “İnter” və “Neftçi” isə Avropa Liqasında mübarizə aparırlar. Bu klublardan hansı nəticələri gözləməyə dəyər?

- Düşünürəm, “Neftçi” “Koper”i keçəcək. Rəqib o qədər də güclü deyil və “Neftçi” hazırkı heyəti ilə qələbəyə qadirdir. “İnter”i isə çətin sınaq gözləyir. “Elfsborq” skadinav futbolu oynayan komandadır. Fikrimcə, “İnter”ə, nisbətən, çətin olacaq.

- “Neftçi”ni şanslı edən heyətidir, ya rəqibin zəifliyi?

- “Neftçi”yə həmişə inam olub. İndi də bu komandadan ancaq qələbə gözləyirəm. “İnter”in isə heyətində problemləri var. İlk növbədə yarımmüdafiə və hücum xətti qaydaya salınmalıdır. “Tiraspol”la oyunda qeyd etdiyim boşluqlar özünü çox qabarıq göstərdi. “Elfsborq” isə oyuna hazırlıqlı çıxacaq. İsveç çempionatı hazırda davam edir və oyun praktikası onlarda daha yaxşıdır. Ancaq mümkünsüz heç nə yoxdur. Layiqli mübarizə ilə qələbə əldə etmək olar.

Vüsal Məmmədzadə







15 İyul, 2014  15:09 Baxılıb: 727 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner