Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Azərbaycan yığmasından rekord SIÇRAYIŞ

Braziliyada keçirilən dünya çempionatının ardından milli komandaların FİFA reytinqi açıqlanacaq. Simsar.az saytının məlumatına görə, hesablamalar əsasında iyulun 17-də rəsmən açıqlanacaq siyahı indidən bəllidi.

Mundialın 64 qarşılaşması reytinq siyahısında ciddi dəyişikliklərə səbəb olub.

Uzun müddət zirvədə qərarlaşan İspaniyanın hegemonluğu başa çatıb. Pireneylilər 6 pillə geriləyiblər. Braziliya və İtaliyanın 5, İngiltərənin 10 pillə geriləməsi də qeyd olunmalıdı. Sonuncu iki komanda “onluq”dan da kənar düşüb.

Əvəzində Almaniya 1-ci yerə qalxıb. Hollandiya isə böyük sıçrayış edib. Argentina, Kolumbiya, Belçika  və Fransa milliləri də ötən reytinqlə müqayisədə irəliləyiblər.

 

İlk “onluq”

 

1 (2). Almaniya – 1761

2 (5). Argentina – 1689

3 (15). Hollandiya - 1525

4 (8). Kolumbiya – 1492

5 (11). Belçika – 1407

6 (7). Uruqvay - 1330

7 (1). İspaniya - 1229

8 (3). Braziliya – 1220

9 (6). İsveçrə - 1226

10 (17). Fransa – 1202

 

Hesabat dövründə heç bir oyun keçirməyən Azərbaycan yığması da mövqeyi dəyişib. Ötən ay 83-cü yerdə qərarlaşan komandamız tarixinin ən yaxşı nəticəsi olan həmin göstəricini də yaxşılaşdırıb.

Millimiz bu dəfə 10 pillə irəliləyib. 410 xalla 73-cü pillədə olan komandamız Makedoniya, Avstraliya, Kabo-Verde, Zambiya, Mərakeş, Belarus, Yamayka, Trinidad və Tobaqo, Haiti və Salvadoru arxada qoyub.

Yığmamız tarixinin ən yaxşı nəticəsini göstərən 4 komandadan biridi. Mundialın tapıntılarından olan Kosta-Rika da 16-cı yerə qalxmaqla, tarixlərində yeni səhifə açıb.

 

Millimiz və “qonşuları”

 

70 (70). İrlandiya - 440

71 (67). Boliviya - 429

72 (78). Bolqarıstan - 425

73 (83). AZƏRBAYCAN  - 410

74 (80). Makedoniya – 406

75 (39). Kabo-Verde – 401

76 (62). Avstraliya – 397

 

Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən üçü  - Bolqarıstan 6, Norveç 2, Xorvatiya 1 pillə irəliləyib, İtaliya və Malta isə mövqeyini əldən verib.

 

AVRO-2016-nın seçmə mərhələsinin H qrupu

 

9 (14). İtaliya – 1056

17 (18). Xorvatiya – 955

53 (55). Norveç - 520

72 (78). Bolqarıstan - 425

73 (83). AZƏRBAYCAN  - 410

150 (132). Malta - 146






14 İyul, 2014  15:12 Baxılıb: 945 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner