Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Yeniyetmə güləşçilərimiz Dünya çempionatında

Sabahdan etibarən Slovakiyanın Snina şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatına start veriləcək.

Simsar.az xəbər verir ki, 5 gün davam edəcək çempionatda Yunan-Roma güləşi yığmamız böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında tatamiyə çıxacaq. Çempionatın ilk iki günündə mübarizə aparacaq heyətdə Zaur Nuriyev (42 kq), Seymur Hüseynov (46 kq), Kənan Cəfərov (50 kq), Orxan Ağamalıyev (54 kq), Murad Allahverdiyev (58 kq), Ülvi Qənizadə (63 kq), İslambek Dadov (69 kq), Nicat Abdullayev (76 kq), Soslan Fanziyev (85 kq) və Cavid Feyziyev (100 kq) yer alıb.

İyulun 17-18-də yeniyetmə qızlar mübarizəyə qoşulacaq. Böyük məşqçi Aslan Ağayev və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Ülkər Babayeva (43 kq), Türkan Nəsirova (46 kq), Leyla Qurbanova (49 kq), Şəbnəm Əhmədova (52 kq), Ləman Qurbanova (56 kq) və Anita Kələntərova (70 kq) çempionata yollanacaq.

Çempionatın son günlərində sərbəst güləşçilər yarışacaq. Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Vahid Məmmədovun rəhbərliyi altında ölkəmizi İntiqam Vəlizadə (42 kq), Şahin Əlifzadə (46 kq), Əfqan Xaşalov (50 kq), Mahal Novruzov (54 kq), Mahir Əmiraslanov (58 kq), Teymur Məmmədov (63 kq), Məhəmməd Həsənzadə (69 kq), Hacımurad Məhəmmədsəidov (76 kq), Şamil Sadullayev (85 kq) və İqbal Hacızadə (100 kq) təmsil edəcək.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Qərib Əliyev iştirak edəcək.

 

Simsar.az







14 İyul, 2014  10:56 Baxılıb: 778 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner