Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Almaniya dördüncü dəfə dünya çempionu oldu - VİDEO

Bu gecə futbol üzrə Braziliyada təşkil olunan sayca 20-ci dünya çempionatına yekun vurulacaq.

Qol.Az-ın məlumatına görə, həlledici görüşdə Almaniya və Argentina yığmaları üz-üzə gələcək.

Məşhur “Marakana” stadionundakı bu final oyunu Cənubi Amerika - Avropa dueli kimi də qələmə verilir. Almaniya çempion olacağı təqdirdə Cənubi Amerikada dünya kubokunu qazanacaq ilk Avropa komandası kimi tarixə düşəcək.

Qeyd edək ki, bu, Almaniya və Argentinanın mundial tarixindəki üçüncü finalıdır. Bu komandaların ilk finalı 1986-cı ildə olub. Meksikadakı həmin yarışda Argentina 3:2 hesabı ilə qalib gəlib. Növbəti - İtaliyadakı 1990-cı il çempionatının finalında da bu komandalar qarşılaşıb. Bu dəfə isə 1:0 hesabı ilə qalib gələn Almaniya çempion adını qazanıb.

13 iyul

"DÇ-2014"ün finalı

00:00. Almaniya - Argentina - 1:0

Qol: Götze, 113 (1:0)

Baş hakim: Nikola Ritsoli (İtaliya)

"Marakana" stadionu. Rio de Janeyro






14 İyul, 2014  01:40 Baxılıb: 995 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner