Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Futbol bürüncü kımə qismət olacaq?

Braziliyada keçirilən dünya çempionatı sona yaxınlaşır. Simsar.az-ın məlumatına görə, bu gecə mundialın üçüncü yer uğrunda oyunu keçiriləcək.

Bürünc medallar uğrunda matçda Braziliya və Hollandiya milliləri qarşılaşacaq. Braziliyalılar yarımfinalda Almaniyaya 1:7 hesabı ilə yenilərək, azarkeşlərini məyus ediblər. "Sambaçılar" bu gecə qələbə qazanmaqla az da olsa günahlarını yumağa çalışacaq. Hollandlar isə yarımfinalda Argentina ilə qarşılaşıb və penalti seriyasında uduzub.

Dünya çempionatının ən titullu komandası Braziliya indiyədək 3 dəfə üçüncü yer uğrunda oyunun iştirakçısı olub. 1938-ci ildə İsveçə, 1978-də İtaliyaya qalib gələrək bürünc medallara sahib çıxan "sambaçılar" 1974-də Polşaya boyun əyib. Hollandiya isə cəmi bir dəfə üçüncülük uğrunda mübarizə aparıb. "Narıncılar" 1998-ci ildə Xorvatiyaya yenilərək dördüncü yerlə kifayətlənib.

 

DÇ-2014

3-cü yer uğrunda oyun

13 iyul

 

01.00 Braziliya - Hollandiya

Braziliya (gözlənilən heyət): Julio Sezar, David Luiz, Dante, Dani Alveş, Maksvell, Hernanes, Villian, Fernandinyo, Oskar, Luis Qustavo, Halk

Hollandiya (gözlənilən heyət): Mişel Vorm, Stefan de Vrij, Ron Vlaar, Bruno Martins İndi, Dirk Kuyt, Daley Blind, Nigel de Yonq, Georginio Viynaldum, Uesli Sneyder, Aryen Robben, Robin van Persi.

Hakimlər: Camal Haimudi, Abdelhalk Etçiali (Əlcəzair), Redouane Açik (Mərakeş), Yuiçi Nişimura (Yaponiya).

Braziliya. "Estadio Nasional" stadionu.






12 İyul, 2014  21:13 Baxılıb: 800 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner