Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Azərbaycanlı futbol mütəxəssislərinin final düşüncələri – SORĞU

Bu gün futbol üzrə Dünya Çempionatında final oyunu keçiriləcək. Həlledici qarşılaşmada Almaniya və Argentina milliləri münasibətlərə aydınlıq gətirəcəklər. Simsar.az-ın “Mundial” layihəsi oyundan əvvəl azərbaycanlı futbol mütəxəssislərinin fikirlərini öyrənib.

Ağasəlim Mircavadov. Bizi çox çətin oyun gözləyir. Bu, Dünya Çempionatının finalıdır, tarixi oyundur. Ola bilsin, almanlar Dünya Çempionatını çox yüksək səviyyədə keçiriblər və yarımfinalda Braziliya üzərində möhtəşəm qələbə qazanıblar. Ancaq nəzərə almaq lazımdır ki, onların finaldakı rəqibi də elə-belə komanda deyil. Argentina millisi müdafiədə və meydanın mərkəzində çox yaxşı oynayır. Rəqibə oyun qurmağa imkan vermir. Bu məqam oyunda həlledici ola bilər. Həmçinin, Messi amilini də unutmaq lazım deyil. Sadəcə, düşünürəm, Messiyə bu oyunda Almaniya müdafiəsi göz açmağa imkan verməyəcək. Almaniya bir baş üstün görünür. Onların heyətində bir neçə ildir birlikdə oynayan futbolçular var. Heyətin 7-8 oyunçusu “Bayern Münhen”də komanda yoldaşıdır. Bunlar hamısı Avropa təmsilçisinin üstün tərəfləridir. Lakin rəqib də nəticə əldə etməyi bacaran komandadır.

Arif Əsədov. Açıq-aşkar üstün olan tərəf yoxdur. Sadəcə, göstərdiyi oyuna görə Almaniya millisini favorit hesab edirəm. Ancaq unutmaq olmaz ki, Argentina millisində də Messi kimi oyunçu var. Belə futbolçular oyunun taleyini təkbaşına həll edə biləcək gücdədirlər.

Asim Xudiyev. Almaniyanı favorit hesab edirəm. Onlar komanda şəklində sərgilədikləri stabil oyuna görə Argentinadan üstündürlər. Həmçinin, cənubi amerikalılar, sadəcə, Messinin liderliyinə ümid edirlərsə, Bundestimdə liderlik keyfiyyətinə sahib 3-4 futbolçunun adını çəkmək olar: İstər Kloze, istər Müller, istərsə də, qolkiper Noyer komandanı qələbəyə daşıya biləcək futbolçulardır.

Əsgər Abdullayev. Proqnoz vermək çox çətindir. Amma Almaniya bir qədər üstün tərəf kimi görünür. Onların hər xətdə lider oyunçuları var. Komanda keyfiyyətli futbolçulardan təşkil olunub. Ancaq sadaladığım məqamlar futbolda həmişə nəticəni həll etmir. Ola bilsin, Argentina millisinin heyətindəki müəyyən boşluqlar onlara problem yaratsın. Lakin nəticə başqa cür də ola bilər. Komandanın şanslarının 55%-45%-ə Almaniyanın xeyrinə olduğunu düşünürəm. İstəyim isə Argentinın qələbəsindən yanadır.

Yunis Hüseynov. Almaniya stabil oyun göstərir. Heyəti çox güclüdür. Buna görə, finalda da favorit kimi görünür. Ancaq, fikrimcə, Argentina millisi final matçına tamam fərqli abu-havada hazırlaşacaq. Onlar artıq rəqibin zəif nöqtələrini özləri üçün müəyyən ediblər. Fikrimcə, Argentina millisi qələbə qazanacaq.

Vüsal Məmmədzadə







13 İyul, 2014  14:00 Baxılıb: 734 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner