Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Avroliqa: “İnter” və “Qəbələ” mərhələ arzusunda

Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab görüşləri keçiriləcək.

Simsar.az xəbər verir ki, oyun günündə iki Azərbaycan klubu da mübarizə aparacaq.

“İnter” səfərdə üstələdiyi “Tiraspol”u bu dəfə doğma azarkeşlər önündə qəbul edəcək. Moldova təmsilçisi növbəti mərhələyə adlamaq üçün minimum 2 cavabsız qolla qalib gəlməlidir.

“Qəbələ” isə ötən həftə öz meydanında uduzduğu “Şiroki Briyeq” klubunun qonağı olacaq. İlk matçdakı nəticə Bosniya və Herseqovina təmsilçisini növbəti mərhələyə xeyli yaxınlaşdırıb.

 

Avropa Liqası

Birinci təsnifat mərhələsi (cavab oyunları)

10 iyul

 

21:00. İnter - Tiraspol

Hakim: Marios Panayi (Kipr).

Bakı. "Şəfa" stadionu.

İlk oyun - 3:2

 

23:30. Şiroki Briyeq - Qəbələ

Hakim: Vladimir Vnuk (Slovakiya).

Şiroki Briyeq. "Peçara" stadionu.

İlk oyun - 2:0

 

Qeyd edək ki, “İnter” – “Tiraspol” cütünün qalibi növbəti mərhələdə İsveçin “Elfsborq”, “Şiroki Briyeq” – “Qəbələ” oyununun güclüsü isə Çexiyanın “Mlada Boleslav” klubu ilə üz-üzə gələcək.

 

Vüsal Məmmədzadə

 






10 İyul, 2014  09:40 Baxılıb: 796 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner