Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“Neftçi” Avropa Liqasına III mərhələdən başlaya bilər

“Neftçi” Avropa Liqasında mübarizəyə III mərhələdən başlaya bilər. Simsar.az xəbər verir ki, buna səbəb “Çelik” (Monteneqro) - "Koper" (Sloveniya) matçının nəticəsinin şübhəli sayılmasıdı.

II təsnifat mərhələsinin ilk oyununda sloveniyalılar səfərdə 5:0 hesablı qələbə qazanıb.  Qitə futbol qurumu UEFA isə qarşılaşmanın danışılmış olmasından şübhələndiyindən araşdırmalara başlayıb.

Şübhələrə əsas yaradan “Koper”in rəqibin qapısına asanlıqla 5 cavabsız qol vurmasıdı. Həmçinin, buraxılan ilk qolda “Çelik”in qapıçısının hərəkətləri diqqət çəkib.

Fakt təsdiqlənərsə, hər iki klub cəzalanacaq.

“Çelik” (Monteneqro) - "Koper" (Sloveniya) cütünün qalibi isə II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşmalıdı. Əgər UEFA hər iki komandanı cəzalandırarsa, onda “Neftçi” mübarizəyə avtomatik olaraq, III mərhələdən başlayacaq.

 






8 İyul, 2014  10:26 Baxılıb: 672 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner