Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Həmrəylik yürüşündə 3-cü mərhələ

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku" Polşada Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı "Həmrəylik və Olimpiyaçılar" yürüşündə çıxışını davam etdirir. Simsar.az xəbər verir ki, heyətə 6 velosipedçi daxil edilib - bunlar bu günlərdə Azərbaycan çempionu adını qazanan Elçin Əsədov, həmçinin Azərbaycan çempionatının mükafatçıları Tural İsgəndərovla Samir Cəbrayılov, eləcə də Maksim Averin, Daniel Klemme və Aleksandr Surutkoviçdi.

Sayca 25-ci dəfə təşkil edilən yarışın 3-cü mərhələsində iştirakçılar 162 km məsafə qət ediblər. Diqqət çəkən məqam velosipedçilərimizin hamısının finişi mərhələ qalibi ilə eyni vaxtda keçən pelotonun içərisində yer almasıdı. Fotofinişə əsasən, təmsilçilərimizdən ən yüksək göstərici Maksim Averin və Samir Cəbrayılova məxsusdu - onlar müvafiq olaraq 11 və 12-ci olublar.

3 mərhələdən sonra Maksim Averin, Daniel Klemme, Aleksandr Surutkoviç və Samir Cəbrayılov  yürüş liderinə 12 saniyə uduzmaqla ümumi sıralanmada 26-cı, 28-ci, 31-ci və 56-cı mövqedə qərarlaşırlar. Bu gün keçiriləcək 4-cü mərhələdə iştirakçılar 193.5 km məsafə qət edəcəklər. Qeyd edək ki, şüari "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudu.

 






4 İyul, 2014  11:17 Baxılıb: 684 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner