Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

UEFA klublarımız üçün mükafat məbləğini açıqladı

UEFA avrokubokların 2014/15 mövsümü üçün iştirakçı klubların mükafat məbləğini açıqlayıb. Simsar.az Azerisport.az-a istinadən xəbər verir ki, Azərbaycanı qitə miqyaslı turnirlərdə təmsil edən komandalar bu mövsüm ilk təsnifat mərhələsindəki çıxışlarına görə 560 000 avro (600 000 manat) məbləğində gəlir əldə edəcəklər.

Bunun 200 000 avrosunu "Qarabağ" əldə edəcək. Çünki Ağdam klubu daha nüfuzlu Çempionlar Liqasında, özü də birbaşa ikinci təsnifat mərhələsində iştirak edəcək. "İnter", "Qəbələ" və "Neftçi" isə 120 avro qazanc əldə edəcək.

"Qarabağ" ilk sınağındakı rəqibi olan Malta "Valletta"sını keçsə, əlavə 200 000 avro da qazana biləcək.

"İnter" və "Qəbələ" də ilk təsnifat mərhələsini uğurla adlasa, 130 000 avro əlavə qazanacaq. Eyni zamanda "Neftçi" də birbaşa qatılacağı ikinci təsnifat mərhələsində uğur qazansa, oxşar şans yaxalayacaq.

Xatırladaq ki, "Qarabağ" ötən mövsüm avrokuboklardakı çıxışına görə 540 000 avro qazanmışdı. Bütövlükdə isə Azərbaycan klublarının qitə miqyaslı yarışlardan gəliri 1 415 000 avro təşkil etmişdi.

 






3 İyul, 2014  12:28 Baxılıb: 743 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner