“Mançester Yunayted” Mats Hummelsə elçi düşüb
Simsar.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Almaniya millisinin və “Borussiya Dortmund”un müdafiəçisi Mats Hummels karyerasını Premyer Liqada davam etdirə bilər.
Futbolçunu heyətinə cəlb etməyə niyyətli olan “Qırmızı şeytanlar” transfer üçün 25 milyon avrosundan keçməyə hazırdır.
Qeyd edək ki, “Real Madrid” və “Barselona”da 25 yaşlı futbolçunun transferində maraqlıdır.
Vüsal Məmmədzadə