Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Azərbaycan futbolunda gözlənilməz YENİLİK

Peşəkar Futbol Liqası (PFL) daha bir yeniliyə imza atmağa yaxındı

Bu barədə apasport.az saytına PFL prezidenti Ramin Musayev məlumat verib. O bildirib ki, azərbaycanlı futbolçuların Türkiyə Superliqasında çıxış etməsi üçün yaxşı imkan yaranıb: “Hazırda bu istiqamətdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Peşəkar Futbol Liqası və Türkiyə Futbol Federasiyası nümayəndələri arasında danışıqlar gedir. Əgər danışıqlar müsbət yekunlaşarsa, türkiyəli futbolçular Azərbaycan çempionatında, azərbaycanlı futbolçular isə Türkiyə Superliqasında oynayacağı təqdirdə legioner statusu daşımayacaqlar”.

PFL rəhbəri bu məsələnin yaxın günlərdə müsbət sonluğa doğru yekunlaşacağına inandığını vurğulayıb:

“Əgər tərəflər arasında protokol bağlanılacağı halda, anlaşmanın şərtləri cari mövsümə tətbiq olunacaq”.

Xatırladaq ki, təxminən 10 ildir Türkiyə çempionatında azərbaycanlı futbolçulara güzəşt tətbiq edilir. Lakin bu, indiyədək yalnız I liqa klubları üçün keçərlidir.

I dəstədə mübarizə aparan hər klubun heyətində türkdilli ölkələrdən (Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan) olan 2 futbolçu legioner statusu daşımır.






2 İyul, 2014  10:53 Baxılıb: 776 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner