Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

MUNDİAL: Argentina və Belçika ¼ finalda - VİDEO

Braziliyada keçirilən futbol üzrə Dünya Çempionatının 1/8 final mərhələsi dünən keçirilən 2 oyunla yekunlaşıb. Simsar.az xəbər verir ki, ilk olaraq meydana Argentina və İsveçrə milliləri çıxıb. Oyundan əvvəl favorit Cənubi Amerika təmsilçisi göstərilsə də oyunun gərgin keçəcəyi gözlənilirdi. Statistikada da İsveçrənin Argentina ilə keçirdiyi 6 qarşılaşmanın heç birində qalib gəlmədiyini görmək mümkündür. Belə ki, 4 dəfə ikiqat dünya çempionları qalib gəlibsə, 2 matçda üstün tərəf müəyyənləşməyib. İsveçrə Argentinaya qol vurmaqda da çətinlik çəkir. Avropalıların 3 qoluna argentinalılar 14 qolla cavab verib.

 

90 dəqiqədə qapılara qol vurulmasa da oyun artırılna vaxtının bitməsinə az qalmış argentinalılar istəyinə çatıblar. Bütün oyun boyu hücum edən Argentina yığması qələbə topunu ancaq əlavə olunmuş vaxtda - 118-ci dəqiqədə vurub.

Argentina - İsveçrə - 1:0

Qol: Di Maria, 118

Hakim: Yunas Eriksson (İsveç)

San-Paulo. “San-Paulo” stadionu

Argentina: Romero, Qaray, Zabaleta, Gago, Di Maria, İquain, Messi, Maskerano, Rojo, Fernandes. Lavezzi

İsveçrə: Benaglio, Lixtşteyner, İnler, Xhaka, Behrami, Rodriqes, Mehmedi, Drmiç, Djiru, Schar, Hakiri

 

 

Günün növbəti oyununda isə Belçika və ABŞ milliləri üz-üzə gəliblər Hələ mundial başlamamışdan öncə heyətinə görə gücü yüksək qiymətləndirilən Belçika yığması bu görüşdə favorit göstərilirdi. Bu komandalar indiyə kimi 5 dəfə üz-üzə gəlib. 4 dəfə Belçika, 1 dəfə isə ABŞ qələbəyə sevinib. 8 dəfə “qırmızı iblislər” qol vurub. 5 dəfə isə millimizin baş məşqçisi Berti Foqtsun müşaviri olduğu “yankilər” fərqlənib. Bu dəfə də sevinən tərəf Belçika olub. Avropa təmsilçiləri ikinci hissədə və əlavə olunan vaxtın birinci hissəsində böyük üstünlüyə malik olublar. Belçika bu üstünlüyü 2 qola çevirə bilib. Bundan sonra ayılan ABŞ millisi oyunun son dəqiqələrində rəqibə gərgin anlar yaşadıb. Amma amerikalıların cəmi 1 qol vurmağa gücləri yetib və Belçika çətinliklə də olsa 1/4 finala yüksəlib.

 

Bu oyunun qalibi 1/4 finalda Argentina ilə üz-üzə gələcək.

 

DÇ-2014

1/8 final

2 iyul

Belçika - ABŞ - 2:1

Qollar: De Bryune, 93; Lukaku, 105 - Qrin, 107

Hakim: Camel Haymudi (Əlcəzair)

Salvador. “Fonte-Nova” stadionu

Belçika: Kurtua, Alderveireld, Kompanii, Vertonghen, Vitsel, De Bryune, Fellani, Azar, Mertens, Van Byuten, Origi

ABŞ: Hovard, Qonzales, Bredli, Besler, Beasley, Dempsi, Bedoya, Cons, Zusi, Kameron, Conson

Maraqlıdır ki, 1/4 finala ancaq öz qrupunda birinci yeri tutan komandalar çıxıb.

 

 

 






2 İyul, 2014  08:17 Baxılıb: 927 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner