Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

“Sənət zəhərlənməsi” - Yeni XƏSTƏLİK

Florensiyalı elm adamları “Sənət zəhərlənməsi” olaraq bilinən “Stendal Sindroumu” nun varlığını sübut ediblər. Artıq təsdiq olunub ki, bir sənət əsərinə uzun müddət baxmaq həqiqətən də psixoloji problemlərə yol açır.

Bir tablonun, yaxud da heykəlin qarşısında ürək döyüntüləri sürətlənən, başı gicəllənib, hətta ürəyi gedib qarabasma görən insanlar...

İtalyan intibahının paytaxtı sayılan Florensiyanı gəzən sənətsevərlərdə zaman-zaman bu əlamətlərə rast gəlindiyini, hətta əksəriyyətinin xəstəxanalıq olduğunu bilirdinizmi?

“Stendal Sindromu”, “Florensiya sindromu”, yaxud da “Sənət zəhərlənməsi” adı verilən bu xəstəliyin həqiqətən də var olub-olmadığı, yaşanan əlamətlər elmi araşdırma mövzusuna çevirilib. İtalyadakı bir sənət araşdırmaları mərkəzinin psixoloq və texniki mütəxəssislərə birlikdə keçirdiyi sınaqda, Florensiyada yerləşən Mediki Riccardi Sarayının ziyarətçiləri müşahidə edilib.

Sarayda gəzən ziyarətçilərin ürək döyüntüləri və nəfəs alışları sürətləndiyi, təzyiqləri, göz və əzələ hərəkətlərinin incəldiyi müşahidə olunub. Sənət əsərlərinə baxan ziyarətçilərin görüntüləri qeydə alınıb və onlardan əsərlərə baxdıqları zaman özlərini necə hiss etdikləri haqqında yazmaları xahiş olunub. Müşahidə zamanı bəzi ziyarətçilər əsərlərə baxdıqları zaman üz əzələlərinin genişləndiyi, göz bəbəklərinin kiçildiyi, ürək döyüntülərinin artdığı, tez-tez nəfəs aldıqları və təzyiqlərinda dəyişikliklər olduğunu qeyd ediblər. Vizual sənət əsərlərinə səsli tanıtımın bələdçilik etməsi beyin fəaliyyətini daha da artdığı müşahidə olunub. Ziyarətçilərdən bəziləri hisslərini “aşırı həssaslıq” və “xoş yorğunluq” kimi ifadə ediblər.

Florensiyadakı Studi Uniti araşdırma mərkəzində Perla Gianni, klinikasının psixoloqu Andrea Bonacchi və texnik mütəxəssislər tərəfindən aparılan araşdırmanın nəticələri hələ də incələnməyə davam edir. Ancaq  tapıntılar “Stendal Sindromu” nun həqiqətən də psixosomatik pozuqluq ola biləcəyini göstərir. “Yüksək dozada sənətə məruz qalma” nəticəsində yaranan əlamətlər Stendal təxəllüsü ilə yazan fransız yazıçısı Marie-Henri Beylin Forensiyada yaşadığı bir təcrübəyə görə onun adı ilə anılır.

Stendal 1817- ci ildə Florensiyanı ziyarət etdiyi zaman Mişelangelo, Makiavelli ve Galileyin məzarlarının yerləşdiyi Santa Croce Bazilikasını gəzmiş və  Giottonun freskaları ilə bəzənmiş bazilikanı görəndən sonra ürək çırpıntsı və halsızlıq hissi yaşadığını yazmışdı. Elə o gündən bəri bu xəstəliyin adı Stendal Sindromu adlanır.

Günel







1 İyul, 2014  16:39 Baxılıb: 1011 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner