Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Mahmud Qurbanov: “Argentina və Belçika bir baş üstündür”

Simsar.az-ın “Mundial” layihəsinin növbəti qonağı Azərbaycan millisinin köməkçi məşqçisi Mahmud Qurbanov olub.

Bu gün baş tutacaq 1/8 final mərhələsinin son oyunları ilə bağlı proqnozlarını verən futbol mütəxəssisi bu Dünya Çempionatında əvvəlcədən nəticə deməyin çox çətin olduğunu vurğulayıb: “Gərgin mübarizələrə şahid oluruq. Favorit hesab edilən komandalar rəqibləri ilə oyunlarda çətinliklə üzləşirlər. Braziliya, Hollandiya və Almaniya millilərinin çətin qələbələrini misal göstərə bilərik”.

İlkin pley-off mərhələsində iştirak edən bütün komandaları güclü sayan Mahmud Qurbanov sonda bu günkü oyunlarla bağlı danışıb: “Bu gün də bizi maraqlı mübarizələr gözləyir. İstər Argentina – İsveçrə, İstərsə də Belçika – ABŞ qarşılaşmasında istənilən nəticə qeydə alına bilər. Ancaq, fikrimcə, Argentina və Belçika milliləri rəqiblərindən bir baş üstündürlər. Ona görə, düşünürəm, bu komandalar ¼ final mərhələsində rəqib olacaqlar”.

Xatırladaq ki, Dünya Çempionatında günün proqramı belədir:

1/8 final mərhələsi

21:00. Argentina – İsveçrə

“Arena de San-Paulo”, San-Paulo.

01:00. Belçika – ABŞ

“Arena Fonte Nova”, Salvador.

Vüsal Məmmədzadə







1 İyul, 2014  13:34 Baxılıb: 1002 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner