Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Yeniyetmə güləşçilərimiz DÇ-ya hazırlaşır

15-20 iyulda Slovakiyanın Snina şəhərində güləş üzrə yeniyetmələr arasında Dünya çempionatı keçiriləcək. Güləş Federasiyasından Simsar.az-a verilən məlumata görə, yığma komandalarımız çempionatda tam heyətlə iştirak edəcək.

Hər üç növ üzrə yığma komandalarımız çempionat öncəsi son təlim-məşq toplanışına cəlb olunub və hazırlıqlarını davam etdirirlər.

Yunan-Roma güləşi üzrə yığma komandamız iyunun 28-dən Qusar Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb. Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında heyətdə 20 idmançı yer alıb. Təlim-məşq toplanışı iyulun 11-dək davam edəcək.

Sərbəst güləş üzrə yeniyetmə qızlardan ibarət yığma komandanın üzvləri bu gündən etibarən Şamaxı Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayır. Komandanın böyük məşqçisi Aslan Ağayev, məşqçilər Həsrət Məmmədyarov, Siracuddin Eldarov, Filip Monolov və Mətanət Süleymanovanın rəhbərliyi altında heyətdə 18 güləşçi yer alıb. Təlim-məşq toplanışı iyulun 13-dək davam edəcək.

Sərbəst güləş üzrə yığma komandanın üzvləri isə təlimlərə iyulun 3-dən başlayacaq. Komandanın böyük məşqçisi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Rövşən Hacıyevin rəhbərliyi altında heyətdə 20 güləşçi yer alıb. Quba Olimpiya İdman Kompleksində keçiriləcək təlim-məşq toplanışı iyulun 17-dək davam edəcək

 

Simsar.az







1 İyul, 2014  12:52 Baxılıb: 752 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner