Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Almaniya Qran Prisindən 4 qızıl medal - FOTO

Almaniyanın Dortmund şəhərində güləş üzrə Qran Pri beynəlxalq turniri keçirilib. Simsar.az xəbər verir ki, turnirdə sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandanın üzvləri iştirak edib.

Yığma komandanın baş məşqçisi Semyon Çterevin rəhbərliyi altında turnirə 4 güləşçimiz yollanıb. Güləşçilərimizin hamısı turnirin baş mükafatına sahib olub. 4 qızıl medal qazanan güləşçilərimiz komanda hesabında Almaniyadan sonra ikinci yerdə qərarlaşıb.

Turnirin ilk günündə mübarizə aparan güləşçilərimiz 3 qızıl medal qazanıb.

65 kq-da mübarizə aparan Hacı Əliyev macar İstvan Nemeth (12:2), rumın Georg Bucur (10:0) və serb İbro Cakovic (2:1) üzərində qələbə qazanaraq finala yüksəlib. Finalda ötən ilin dünya çempionu erməni David Safaryanla görüşü 7:2 qələbə ilə başa vuran Hacı Əliyev Almaniya Qran Prisinin qızıl medalına sahib olub.

74 kq-da təmsilçimiz Cəbrayıl Həsənov fransız Xavier Befort (11:0) və Luca Lampis (6:0) üzərində inamlı qələbə qazanıb və finala yüksəlib. Finalda yerli güləşçi Georg Harta heç bir şans verməyən Cəbrayıl 13:0 hesablı qələbə ilə turnirin baş mükafatını qazanıb.

86 kq çəki dərəcəsində mübarizə aparan Həmzət Osmanov Fransa təmsilçisi Ahmed Aybuevi (10:0) üstələdikdən sonra ardıcıl alman Mixail Kaufmehli (5:0) və Gabriel Seregelyini (4:1) məğlub edib və finala yüksəlib. Finalda güləşçimizin rəqibi Polşa təmsilçisi Zbignev Baranovski olub. 6:2 hesablı qələbə qazanan Həmzət Osmanov turnirin qızıl medalına sahib olub.

Turnirin ikinci günündə 70 kq çəki dərəcəsində güləşçimiz Ruslan Dibirhacıyev mübarizə aparıb. Avstriyadan Georg Marchil (10:0) və Almaniyadan Samet Duelgeri (5:2) məğlub edən təmsilçimiz finala vəsiqə qazanıb. Finalda Ruslan Dibirhacıyev Rumıniya güləşçisi Adrian Moiseyə 5:1 hesabı ilə qalib gəlib və turnirin qızıl medalını qazanıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vüqar Şükürov təmsil edib.










30 İyun, 2014  09:45 Baxılıb: 743 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner