Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

“8K” formatlı “OLED” displey yaradılıb

“8K” formatlı “OLED” displey yaradılıb.

Simsar.az-ın məlumatına görə, Semiconductor Energy Laboratory” (SEL) laboratoriyası, “Advanced Film Device” (AFD) və “Sharp” şirkətləri “8K” formatlı yüksək təsvir ölçüsünə malik 13,3 düym displeyin prototipini nümayiş etdirib.

Qurğunun ekranı üzvi işıq diodlarından (OLED) və işıq filtrlərindən hazırlanıb.

Displeyin təsvir ölçüsü 7680х4320 piksel təşkil edir ki, bu da Full HD (1920х1080 piksel) formatlı panellərin təsvir ölçüsündən 16 dəfə çoxdur. “8K” displey prototipinin bir düym üçün piksellərinin sayı “664 ppi” təşkil edir. Müqayisə üçün qeyd edək ki, 13,3 düymlü “MacBook Pro” noutbukunun “Retina” displeyinin təsvir ölçüsü 2560x1600 pikselə və 227-yə bərabər “ppi” göstəricilərinə malikdir.

“CAAC-OS” (C-Axis Aligned Crystalline Oxide Semiconductor) texnologiyasından istifadə olunmaqla istehsal edilən displey prototipində işıq diodları beş tranzistor və bir kondensatorla idarə olunur.

Perspektivdə “8K” formatlı 13,3 düymlü displey “high-end” sinfindən olan portativ kompyuterlərdə tətbiq edilə bilər.






29 İyun, 2014  18:03 Baxılıb: 942 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner