Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qənirə Paşayeva: MƏLƏKLƏRİM...

Millət vəkili Qənirə Paşayevanın bu günlərdə çapdan çıxmış "Hesab vaxtı" kitabından

Mənə hər zaman yardım edən mələklər(im) oldu...

Ata adlı...

Ana adlı...

Müəllim adlı...

Eşq adlı...

Dünyada baxan və görən insan var, dedilər...

Görən insan olmaq daha çətindi...

Çətini seç dedilər...

Görən insan olmağı öyrəndim...

Nəfsə uyan və uymayan insan var, – dedilər...

Nəfslə mücadilə çətindi...

Mübarizəni seç dedilər....

Nəfslə savaşmağı öyrəndim...

Özümü aşmağı öyrəndim...

İncidən, könül sındıran və könül saranlar var...

İncitmək, könül sındırmaq çox asandı...

“Asanı seçmə” dedilər...

Yaradanı xatırlayıb, yaradılanı sevməyi öyrəndim...

Acıyan yaraları sarmağı öyrəndim...

Yaxşılıq və pislik edən insan var, – dedilər...

Birinə əngəl olmaq, pislik etmək asan...

Yaxşılıq, kömək etmək çətindir...

Çətini seç dedilər...

Ağıl vermək asan, əməl etmək çətindir, dedilər...

Çətini seç, dedilər, çətini...

Seçdim...

Söz vermək asandı...

Verdiyin sözə əməl edən insan olmaq çətin...

Çətini seç, dedilər....

Seçdim...

Hiylə quran, riyakar var, bir də səmimi insanlar...

Səmimi olmağı seç, dedilər...

Seçdim...

Yalançılar və doğruluqdan ayrılmayanlar var...

Doğru olmaq asan deyil...

Qorxma, onu seç dedilər...

Seçdim...

Xəyanət etmək asan, sədaqətli olmaq çətindir...

Çətini seç, dedilər...

Sədaqəti öyrəndim...

Vicdanlı, namuslu olmaq çətindir...

Şərəfli yaşamaq çətindən çətin...

Asanı seçmə dedilər, seçmə...

Seçmədim...

Hirslənmək, asi olmaq asan, səbir etmək çətindir, – dedilər...

Şükür etməyi öyrən, dedilər...

İnsan səbirlə, şükürlər O-na gedən yolu bulur, dedilər...

Səbri öyrəndim,

Hər şeyə şükür edə bilməyi öyrəndim...

Almaq asandır, paylaşmaq çətin...

Amma paylaşmaq daha gözəldir, – dedilər...

Paylaşmağı öyrəndim....

Eşq, yanmaqdı, dedilər, yanmaq...

Eşqsiz həyat isə heç həyat deyil...

Yanmağı seçdim...

“Mən” bir xəstəlikdir, “eqo” düşmən...

Uzaq dur, dedilər...

Nə yaxşı ki, dinlədim...

Yaşamaq asandır, amma insan kimi yaşamaq çətindir...

Diqqətli ol! – dedilər...

Çətini seçdim, çətini...

Ölmək asandır, amma insan kimi ölmək çətin, dedilər...

Seçim sənin, dedilər...

Seçdim...

Öyrənmişdim, çətin olanı seçməyə...

Tək istəyim hər an yanımda olan mələklərimin məndən razı qalmasıdır...

Ən əsası o mələkləri göndərənin, məni heç bir zaman tək qoymayanın, Onun məndən razı olmasıdır..! Bizim üçün, hər birimiz üçün Ondan daha önəmli nə ola bilər ki...







28 İyun, 2014  16:42 Baxılıb: 1633 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner