Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakı-Böyük Kəsik-Bakı xəttinə əlavə qatar qoşulacaq

Qatar 18-19 martda Bakıdan, 19-20 martda isə Böyük Kəsikdən yola düşəcək

Sərnişin sıxlığını azaltmaq üçün 18-19 mart tarixlərində Bakı-Böyük Kəsik-Bakı istiqamətində dəmir yolu xəttinə əlavə qatar qoşulacaq.


“Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Lent.az-a bildirib ki, bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Onun sözlərinə görə, sərnişinlər rahat və ucuz nəqliyyat vasitəsi kimi dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər. Bu səbəbdən də QSC-nin Sərnişin daşımaları Departamentinin kollektivi qarşıdan gələn Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.


Nadir Əzməmmədov bildirib ki, Səhmdar Cəmiyyətin sədri Arif Əsgərovun müvafiq əmri ilə sərnişin sıxlığını azaltmaq üçün Bakı-Böyük Kəsik-Bakı istiqamətində 668/667 saylı əlavə sərnişin qatarı xəttə buraxılacaq. Qatar 18 və 19 mart 2011-ci il tarixlərində Bakıdan, 19 və 20 mart 2011-ci tarixlərində Böyük Kəsikdən yola düşəcək.


Bundan başqa, sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün Sərnişin daşımaları Departamentin kollektivi ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20-30 ədəd əlavə vaqon qoşulmasını təmin edir.


QSC rəsmisi xatırladır ki, sərnişin qatarlarına 10 gün qabaqcadan bilet satışı həyata keçirilir. Əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün aparılır.






12 Mart, 2011  17:06 Baxılıb: 1530 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner