Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

Loxness əjdahası yenidən görünüb

Simsar.az Rusiya mətbuatına istinadən bildirir ki, əjdahanın görüntülərini bu dəfə Apple şirkətinin peykləri qeyd alıb. Həmin görüntü iPhone və iPad qurğularının xəritə proqramında yer alıb.  Loxness əjdahasının olduğuna inananlar iddia edirlər ki, həmin görüntülər su üzərində qayığın yaratdığı izlər deyil. Bu doğrudan da əfsanəvi Loxness əjdahasıdır.

Loxness əjdahasının ötən il də göründüyü iddia edilmişdi. Şotlandiyalı fotoqraf Devid Elder iddia edirdi ki, LoxNess əjdahasının mövcudluğu ilə bağlı onda tutarlı dəlillər var.

Fotoqraf gölün görüntülərini çəkərkən orada nəhəng, hərəkət edən bir şey görmüşdü. O, gördüklərini belə təsvir edirdi:

"Biz sahildə idik. Mən qu quşunu çəkmək istəyərkən bu baş verdi. Gözümün kənarı ilə suyun üstündə hərəkət edən obyekti gördüm. Onun uzunluğu təxminən 4,5 m idi. Adi dalğaya bənzəmirdi".

Bununla velə, fotoqraf demişdi ki, həmin vaxt göldə dalğa olmayıb. Həmin obyekt isə nəsə bərk bir şey olub.

Alimlər isə baş verənlərə yumorla yanaşıblar. Onlar hesab edirlər ki, o qara ləkə külək qalxması və ya hansısa başqa təbiət hadisəsi nəticəsində yaranıb.

Qeyd edək ki, Lox-Ness gölündə yaşayan bu əjdaha haqqında əfsanə 1933-cü ildən yaranıb. Həmin dövrdən bu yana dəfələrlə bu əjdahanı gördüyünü iddia edən insanlar olub.

Günel

 






24 Aprel, 2014  12:25 Baxılıb: 1105 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner