Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Ettonun kəlləsinin qiyməti bilindi: 10 min manat

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib

Simsar.az xəbər verir ki, iclasda Topaz Premyer Liqasının XXXI turunun görüşlərində baş verən neqativ hallara hüquqi qiymət verilib.

Komitə “Bakı”nın futbolçusu Araujo Santosa ağır cəza verib. “İnter”lə ev oyununda qırmızı vərəqə aldıqdan sonra baş hakim Rəhim Həsənova kəllə atan Etto ləqəbli legioner 10 oyunluq kənarlaşdırılıb və klubunu 10 min manat ziyana salıb.

“Neftçi”nin futbolçusu Araz Abdullayev isə azarkeşləri təhqir etməsinin cəzasını çəkəcək. “Sumqayıt”la ev oyununun sonlarında yol verdiyi hərəkət yarımmüdafiəçinin 3 oyunluq kənarlaşdırılması ilə nəticələnib. “Neftçi” isə 2 min manat ödəməli olacaq.

Bu qarşılaşmada ikinci sarı vərəqə ilə meydandan qovulan uğur Pamuk isə 1 oyunluq cəzalanıb və “Sumqayıt”ı 200 manat xərcə salıb.

“Simurq” – “Qarabağ” matçının 35-ci dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur.








22 Aprel, 2014  14:18 Baxılıb: 681 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner